Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin yuxarı sinif şagirdi tərəfindən təzyiqə məruz qalması ilə bağlı sorğuya cavab verib.

Təhsil İdarəsindən verilən məlumata görə, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda da qeyd olunduğu kimi, Bakı Şəhər Prokurorluğunda hadisə ilə bağlı müvafiq istintaq tədbirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə xidməti araşdırma həyata keçirilir:

“Aparılan istintaq və xidməti araşdırma tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq. Bundan sonra bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 162 saylı məktəbdə baş verən intihar hadisəsi nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov tərəfindən təzyiqə məruz qaldığı deyilir. Məlumata görə, H.Namazov E.Hacıyevanı məlum olmayan səbəbdən məktəbin bir küncünə apararaq, vurub.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2019

18.06.2019

17.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az