Psixotrop maddəni daxili bədən boşluğunda gizlətdi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, şəxsi yoxlama zamanı xanım vətəndaşın daxil bədən boşluğundan gömrük nəzarətindən gizlədilən 6 ədəd rezin şarda qablaşdırılan ümumi xalis çəkisi 197,005 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

15.06.2019

14.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az