Xaçmazda ağır yol qəzası baş verdi

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun 37-ci km-də, Xaçmaz rayonun Nərəcan kəndi ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xudatdan Bakı istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fərid Qurbanovun idarə etdiyi 10 TE 490 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı maşında olan 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlar Bakı şəhər sakinləri - sürücü Fərid Qurbanov, 1991-ci il təvəllüdlü Rüfət Tağıyev, 1987-ci il təvəllüdlü Təranə Muqamova, 1987-ci il təvəllüdlü Zeynəb İmamova və onun bacısı, 1993-cü il təvəllüdlü Nərminə İmamovadır.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəsarət alanlardan Nərminə İmamova hamilədir. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2018

19.06.2018

18.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az