Reklam ulduzu Usama Ben Laden


Usama Ben Laden öldü. Tənbəl reklamçılar indi "pis adam" obrazında, görəsən, kimdən istifadə edəcəklər? Budur, beynəlxalq terroristi belə bir reklam ulduzuna çevirən reklamlar!


İlk olaraq "4x4" avtomobillərin üzü olan Usama onların reklam rolikində virtual da olsa iştirak edib. Daha sonra prezervativ şirkətlərindən biri "terror atasına" bir qəpik belə ödəmədən ondan reklamlarında geninə-boluna istifadə edib. "Beta" karqo şirkəti, ardınca "İƏ" hava yolları firması eks liderin adından istifadə edib. "Uşaqlar şirindir. Ona görə də hər anı ölümsüzləşdirmək lazımdır" - şüarı altından fotoşəkil studiyası belə Usama Ben Ladeni göz önündə tutub. 


Daha əvvəl də Almaniyada QİÇS-lə mübarizə təşkilatının dünya QİÇS günü münasibətilə nəşr etdiyi vizual və yazılı mətbuat reklamları ortalığı qarışdırmışdı. Belə ki, bir cütün sevişdiyi reklam filminin sonunda kişinin Adolf Hitler olduğu aydın olur və dik baxışlarının altında "QİÇS qətliamçıdır" şüarı yazılır. Kampaniyada Stalin və Səddam Hüseyni də qadınlarla sevişərkən göstərən plakatlar var.


Deməli, pis ona görə yaradılıb ki, yaxşının qədri bilinsin...

 

Günel Həbib

 

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

17.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az