Saraydan marketə


Kraliyyət ailəsinin gəlini olan Keyt Midleton 5 cangüdəninə rəğmən xalqdan qopmadığını bir daha sübut etmiş oldu. Şəhərin super marketlərindən birinə alış-verişə yollanan Keyt uzun müddət meyvə-tərəvəz bölümündə seçim etdi. Qiymət etiketlərini yaxşıca nəzərdən keçirtdi.


Bu arada onu da xatırladaq ki, şahzadə Uilyam da yenidən vəzifəsinin başına keçdi. Ölkəsinin vertolyot birliyində işləyən Uilyam dağlarda çarəsiz qalan 5 nəfərin həyatının xilas olunma əməliyyatında iştirak etdi. 70 yaşlı biri infarkt keçirdiyi üçün dərhal onu xəstəxanaya çatdıran xilasedicilər daha sonra digər 4 nəfəri də həyata qaytara biliblər. 


Bar verən ağac başını aşağı salar. Bizdə isə bar verən də, verməyən də başını göydə tutur. Daha xəbərləri yoxdur ki, gövdələrinin hər tərəfini alaq otları basıb...

 

Günel Həbib

 

O.M.



Çox oxunan xəbərlər
Son xəbərlər

16.10.2018

15.10.2018

14.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az