Stalinin sirli eşq macəraları

Bir vaxtlar dünyanın ən məşhur siyasətçilərindən biri hesab edilən və adı çəkiləndə hamının hörmətlə ayağa qalxdığı SSRİ adlı bir ümperiyanın rəhbəri İosif Vissarionoviç Stalin çoxdan həyatda olmasa da, onun şəxsi həyatı ilə bağlı gizli məqamlar indinin özündə belə tədqiqatçıların diqqətini cəlb etməkdədir. Mediainfo.az-ın yazdığına görə, ən çox maraq doğuran Stalinin şəxsi ailə həyatı olub və bu məsələlərdə qırmızı imperiyanı idarə edən bu şəxsi heç də aydan arı, sudan təmiz hesab etmək olmaz. Çünki Stalin də bütün diktatorlar kimi ailədə də oluqca sərtliyi və qəddarlığı ilə seçilib. Buna paralel olaraq Stalin özünün gələcək nəsillərə heç də nümunə olmayacaq ailəsi ilə əlaqədar özü haqqında xoşagəlməz imic formalaşacağını nəzərə alaraq özünün ailə və sevgi əlaqələri barədə bütün sənədləri öncədən məhv etdirib. Bununla belə Stalinin ailə və sevgi macəraları haqqında müəyyən məlumatlar mövcuddur. Bu məlumatlar isə Stalinin ailə həyatının bzi gizli məqamlarına qismən də olsa işıq salmağa imkan verir.

Bədbəxt Kato

Stalin bütün qafqazlılara xas olan çılğın bir ürək sahibi olub və belə demək mümkünsə gənc yaşlarından ilk sevginin ağrılarını, acılarını o da yaşayıb. Təbii ki, o gənclik həyatındakı nakəm sevgisini ömrünün sonuna kimi unuda bilməyib. Bu da onun sonrakı həyatında olan qadınlara münasibətində özünü xoşagəlməz şəkildə ortaya çıxarıb. İosif Stalinin ilk sevgilısi barədə demək olar heç nə məlum deyil. Məlum olan onun 26 yaşında ikən 16 yaşlı gürcü qızı Yekaterina (Kato) Svanidzeyə vurulmasıdır. O vaxt hələ təxəllüsü Stalin olmayan gənc İosif Çuqaşvili həmyaşıdları arasında alovlu inqilabçı kimi şöhrət qazanmışdı. Gənc İosif inqilaba pul tapmaq üçün qarət və soyğunçuluqla məşğul olurdu. Buna görə o həbsdə belə yatmalı olmuşdu. Qarət və soyğunçuluğu özü üçün şərəf bilən İosif Çuqaşvili o dövrün ədəbi qəhrəmanlarından birinin, varlıları talayaraq pullarını kasıblara paylayan soyğunçunun ləqəbini ( Koba) götürmüşdü. Həmin dövrdə onun vurulduğu Kato inqilabçı Aleksandr Svanidzenin bacısı idi. Təbii ki, Svanidze yaxından tanıdığu dostu İosiflə bacısı Katonun evlənməsinə etiraz etmədi. 1904-cü ildə İosif və Kato evlənərək birgə yaşamağa başladılar. Lakin ilk günlərdən onların həyatında boşluq olduğu ortaya çıxdı. Stalin demək olar evdə çox az hallarda olurdu və nəticədə Kato tənha yaşamağa məhkum olunmuşdu. 1907-ci ildə onların Yakov adı verdikləri oğlu dünyaya gəldi. Amma Kato kasıb həyat nəticəsində doyunca yemirdi və bu da onun səhhətində ağır izlər buraxmışdı. Yakov anadan olandan sonra səhhətində elə öncədən də problem olan Kato tiflə xəstələndi. Baxmayaraq ki, qarət etdiyi pullar Stalinin əlindən gəlib keçirdi, o bu puldan Katonun müalicəsində istifadə etməkdən imtina etdi. Nəticədə Kato tifdən də dünyasını dəyişdi. Onun vəfat etməsi Stalinə olduqca ağır təsir etmişdi. Həmin dövrdə anasız qalan Yakovu Katonun qohumları tərbiyə etməyə başladılar. Yakov 14 yaşına kimi məhz ana qohumlarının himayəsində böyüdü...

Ürəyi yumşaq tiran

Katonun vəfatından sonra Stalin dəfələrlə həbs edildi və Sibirdə məhkumluq həyatı yaşadı. Məhz Sibirdə Truxanskda onun 14 yaşlı yerli qızlardan biri ilə mülki nikahda olduğu və ondan oğlunun dünyaya gəldiyi barədə mətbuatda müxtəlif vaxtlarda çox yazılıb. Stalinə bir alma kimi oxşayan bu oğul yaxın vaxtlarda dünyasını dəyişib. Stalinin təbii ki, Katodan sonra inqilaba kimi başqa eşq macəraları da yaşadığı məlumdur. Stalinin də rəhbərlərindən biri olduğu Oktyabr çevrilişindən sonra bolşeviklərin hakimiyyətə gəlməsindən sonra gələcək diktatorun həyatında yeni dövr başladı. Ötən əsrin 20-ci illərinin əvvəllərində Stalin inqilabçı yəhudi mənşəli Sergey Alliluyevanın qızı Nadya ilə tanış oldu. Tezliklə bu tanışlıq onlar arasında qızğın məhəbbətə çevrildi. Nadya Stalindən 23 yaş cavan idi. Amma bu onların ailə həyatı qurmasına mane ola bilmədi. 1921-ci ildə bu izdivacdan onların Vasili adlı oğlanları anadan oldu. Bundan sonra Stalin Katodan olan və həmin dövrdə Gürcüstanda yaşayan oğlu Yakovu da Moskvaya gətirtdi. Amma yenə də Kato ilə baş verənlər Nadejda Alliluyeva ilə də təkrar olunmağa başladı. Stalin bütün vaxtını işdə keçirir və ailə həyatı üçün vaxt tapa bilmirdi. Nadejda partiya üzvü olsa da bu, onu maraqlandırmırdı. Nəticədə onu dəfələrlə partiya sıralarından xaric etmək istəmişdilər. 1925-ci ildə ailədə Svetlana adlı daha bir uşaq dünyaya gəldi. Həmin dövrdə Stalin artıq SSRİ-ni idarə etməyə başlamışdı. O ailəsi ilə məşğul ola bilməsə də Nadyaya sentimental məktublar yazmaqda davam edirdi. Amma Stalinin ailəyə vaxt ayıra bilməməsi sonda onlar arasında problemə çevrildi. Sonralar Stalinin katibi Boris Bajanov yazmışdı ki, Nadya ilə tanış olan kimi onun tənhalığını hiss etdim. Stalinin qorxusundan bir kişi də ona baxa bilmirdi. Daimi tənhalıq isə Nadyanın psixologiyasında ağır izlər buraxmışdı: "Stalin ailəyə ayırmağa vaxt tapanda isə onlar arasında umu-küsü başlayırdı. O mənə dəfələrlə demişdi ki, belə həyatdan bezib və daha yaşamaq istəmir".

Bütün bunlar isə 1932-ci ildə Nadejda Alliluyevanın öz həyatına qəsd etməsinə gətirib çıxardı. O tapançanı boynuna dirəyərək atəş açmış və bundan dünyasını dəyişmişdi. O dövrdə bununla bağlı yayılan rəsmi xronikada isə Nadejdanın appendisitdən dünyasını dəyişdyi bildirilmişdi. Onun yeməyinə zəhər qatıldıüğı barədə o dövrdə şayiələr gəzirdi. Nyu-Yorkda çıxan "Novoe Russkoe Slovo" qəzetinin 1932-ci il 3 dekabr sayında Nadejdanın ərinin yeməyinə zəhər qatılan yeməkdən dadaraq zəhərləndiyi və bundan dünyasını dəyişdiyi yazılmışdı. SSRİ-də isə pərdə arxasında Nadejdanın Stalin tərəfindən öldürüldüyü barədə şayiələr dolaşırdı. Stalin Nadejdanın ölümündən sonra anasına yazdığı məktubunda həyatının ağır olduğunu, ancaq özünün buna dözəcəyini bildirmişdi. Stalinin Nadejdaya münasibət sərt olsa da o bundan sonra bir daha evlənmədi. Halbuki o həyat yoldaşı kimi ən gözəl qadına evlənə bilərdi. Bununla belə Stalinin Nadejdadan sonra da eşq macəralarının olduğu şübhə doğurmur. Lakin Stalin həmişə ailədə kişiyə ən ağır zərbənin onun həyat yoldaşından gəldiyi düşüncəsinə malik idi. Onun ətrafındakılar sonralar Stalinin ailə həyatının başına xoşagəlməz hadisələr aça biləcəyindən ehtiyat etdiyini yazmışdılar. Hər halda Stalin ən yaxın dostlarının həyat yoldaşlarından belə şübhələnərək və onları müxtəlif adlar altında ( ərinə xəyanət, dövlətə xəyanət, casusluq, burjua fikirli) həbsə göndərmişdi və buna heç kim də etiraz edə bilməmişdi. Bütün bunlarla belə Stalinin Nadejdadan sonra yaşadığı eşq macəralarını yalnız Lavrenti Beriya bilirdi. O isə bu sirləri özü ilə o dünyaya apardı...

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az