Kosmosda son anda ölümdən xilas olan kosmonavtlar

 Mediainfo.az kosmosda baş verən hadisələrlə bağlı yazını təqdim edir:

Kosmosun fəthi sahəsində Yerətrafı orbitə çıxarılan kosmik gəmilərdəki kosmonavtların həyatı dəfələrlə bir tükdən asılı olub. Onların çoxunun belə demək mümkünsə digərləri ilə müqayisədə bəxtləri gətirərək sağ qala biliblər. Yerətrafı orbitdə baş verən və insan ölümləri ilə nəticələnən qəzaların bəziləri ilə bağlı dünya ictimaiyyətinin geniş məlumatı olsa da, son məqamda labüd ölümdən yaxa qurtara bilən kosmonavtlar barədə demək olar olduqca az danışılıb.

“Liberty Bell7”

1961-ci il iyul ayının 2-də ABŞ Yerətrafı orbitə “Liberty Bell7” adlı ikinci kosmik gəmisini çıxardı. Məqsəd insanın kosmosda gəmidən kənara çıxması və bu zaman ona astromonavtın reaksiyasını öyrənmək idi. Bu xoşbəxtlik həmin dövrdə Qas ləqəbli Vircil Qrissə nəsib olmuşdu. Kosmik uçuş, o cümlədən Qrissin gəmidən ayrılaraq açıq səmaya çıxması və qayıtması uğurla başa çatdı. Amma nə üçünsə NASA-da onu uğurlu hesab etmədilər. Buna da səbəb gəmi yerə qayıdarkən Qrissin enmə aparatını olduqca kobud şəkildə endirməsi və bu zaman onu gözləyən labüd ölümdən bir təsadüf nəticəsində xilas olması oldu. Enmə aparatı yerə enərkən lyukun qapağı təsadün açıldı. Nəticədə Qriss Florida ştatının Kanaveral burnu yaxınlığında suya düşdü. Onu bataraq ölmək təhlükəsi gözləyirdi. Ancaq yardıma gələn vertolyot Qrissi sudan çıxara və həyatını xilas edə bildi. Kosmik gəminin uğursuz yerə enişində Qrissi günahlandıran NASA onun uğurları barədə susmağa üstünlük verdi.

“Vosxod-2”

1965-ci il mart ayının18-də Baykonurdan Yerətrafı orbitə “Vosxod-2” gəmisi göndərildi. Məqsəd kosmosda açıq şəratidə kosmonavtın kostyomu ilə yaşaya bilməsini sınaqdan çıxarmaq idi. Aleksey Leonov və Pavel Belyayevin olduğu kosmik gəmidə bu məqsədlə açıq səmaya çıxmaq planlaşdırılmışdı. Bu missiyanı Aleksey leonov həyata keçirməli idi. Bununla da SSRİ Leonovun kosmosda gəmidən açıq səmaya çıxmasından sosializmin uğurunu təbliğ etmək niyyətindqə idi. Xüsusi şlyuz vsitəsi ilə kosmik gəmidən orbitə çıxan Aleksey Leonovun bu qəhrəmanlığı televiziya ilə bütün dünyaya canlı şəkildə yayımlanırdı. Nəzərdə tutulanlar uğurla həyata keçirildi və Leonov xüsusi şlyuz vasitəs ilə gəmidən çıxaraq 10 dəqiqə ərzində açıq səmada qaldı. Açıq səma altında isə atmosfer olmadığından Leonovun kostyomu şişdi və bu, onun hərəkətlərini çətinləşdirdi. Belə vəziyyətdə Leonov səmaya oksigen buraxmağa və bu yolla vəziyyətdn çıxış yolu tapmağa çalışdı. Bununla belə o çox çətinliklə tər içində şlyuz vasitəsi ilə gəmiyə qayıda və bununla da özünü gözləyən labüd ölümdən qurtara bildi. Amma bu da son olmadı. Kosmik gəmi missiyasını başa vuraraq yerə qayıdarkən avtomatik idarəetmə cihazlarından biri sıradan çıxdı. Nəticədə kosmonavtlar əl gücü ilə olsa da çox çətinliklə gəmini idarə edə və onu Sibir tayqasında Yerə endirə bildilər. Xilasedici axtarış əməlyyatı əməkdaşları onları yalnız iki gündən sonra taparaq həyatlarını xilas etdilər.

“Soyuz-5”

Yerətrafı orbitə çıxarılan “Soyuz-5” kosmik gəmisinin əsas missiyası kosmosda fəaliyyətini davam edtdirən “Soyuz-4”-lə birləşmək və ora bəzi yükləri çatdırmaq idi. Missiya uğurla həyata keçirildi və gəmi 1969-cu il yanvar ayının 18-də yerə qayıtmalı oldu. Lakin “Soyuz-4”-dən ayrılmaq “Soyuz-5”-ə bir müddət nəsib olmadı. Buna səbəb xidmət modelində baş verən nasazlıq oldu. Bu da Yerə qayıdan kosmonavt Volınovun ölüm təhlükəsi ilə üzləşməsinə gətirib çıxardı. “Soyuz-5” çox çətinliklə özü də uğursuz halda “Soyuz-4”-dən ayrıla bildi. Nəticədə atmosferə burun hissəsi ilə daxil olan “Soyuz-5”-in ön hissəsi yanmağa başladı. Kabinetə dolan türstü Volınovun gəmini idarə etməsinə imkan vermirdi. Gəmi sürətlə yerə yaxınlaşmaqda idi. Belə vəziyyətdə ölümdən xilas olmaq üçün Volınov paraşütdən istifadə etməli oldu. Nəticədə o paraşüt vasitəsi ilə enmə aparatını yerə endirə bildi. Ancaq olduqca kobud şəkildə yerə enmə zamanı güclü zərbə alan Volınov ağır anlar yaşamalı oldu. Volınov çətinliklə ölümdən xilas ola bildi. 40 dərəcə soyuqda enmə aparatını çətinliklə tərk edən Volınov yaxınlıqdakı yaşayış məntəqəsinə kimi olan 15-20 kilometr yolu piyada getməli oldu. Yalnız bundan sonra onun köməyinə gələn xilasedicilər kosmonavtı Moskvaya apardılar…

“Apollon-12”

1969-cu il noyabr ayının 14-də Yerətrafı orbitə göndərilən “Apollon-12” kosmik gəmisində olan astronavtlar Dik Qordon, Pit Konrad və Alan Bin möcüzə nəticəsinə ölümdən dönə bildilər. “Apolon-12”-nin qarşısına “Apollon-11”-in missiyasını təkrar edərək Ay səthinə enmək və digər vəzifələr qoyulmuşdu. Yerətrafı orbitə gəminin göndərilməsi uğurla həyata keçirildi. Lakin 2000 metr yüksəklildə gəmini ildırım vurdu. Bundan 16 saniyə sonra gəmi yenidən ildırım zərbəsinə məruz qaldı. Nəticədə kosmik gəminin bir çox cihazları yanaraq sıradan çıxdı. “Apollon-12”-nin heyəti hər an ölümlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdılar. Belə vəziyyətdə gəmini çətinliklə də olsa yerə qaytarmaq mümkün oldu və astronavtlar uzun müddət yaşadıqları şokdan ayıla bilmədilər.

“Apollon-Soyuz”

Soyuq müharibə dövründə SSRİ və ABŞ rəhbərləri kosmosda səmimi əməkdaşlıq barədə razılığa gəldilər. Bu məqsədlə birgə kosmik uçuş barədə xüsusi kosmik uçuş planı hazırlandı. 1975-ci ildə ABŞ və SSRİ-dən olan kosmonavtlar “Apollon-Soyuz” kosmik gəmisi vasitəsilə birgə uçuş həyata keçirdilər və onlar öz qarşılarına qoyulan vəzifəni uğurla həyata keçirdilər. Ancaq geriyə yerə qayıdarkən aralarında Tomas Stafford, Vans Brand və Donald Sleytonun olduğu “Apollon” heyəti ölüm təhlükəsi ilə üzləşdi. Belə ki, gəmi yerə enərkən avtomatik idarəetmə cihazlarından biri sıradan çıxdı. Ona görə də gəmi heyət əllə gəmini idarə etməli və vaxtında yerə enmək üçün paraşütləri hazırlamağa başladılar. Amma cəmisi 30 saniyə sonra avtomatik idarə etməni bərpa etmək mümkün oldu. Lakin bu zaman digər qəza baş verdi. Bu dəfə təzyiq klapanı sıradan çıxdı . Nəticədə gəminin içinə zəhərli qaz dolmağa başladı. Belə vəziyyətdə çətinliklə olsada astronavtlar paraşütlə yerə enə bildilər. Lakin qaz zəhərlənməsi öz işin görmüşdü, amerikalı astronavt Brand yerə hüşunu itirmiş vəziyyətdə endi və bu zaman özündən getdi. Amma zəhərlənməyə məruz qalmasına baxmayaraq özündə olan Stafford Branda oksigen maskasını geydirərək onu ölümdən xilas edə bildi. Cüclü zəhərlənməyə məruz qalan astronavtlar iki həftə ərzində ciddi şəkildə müalicə olunmalı oldular.

Beynəlxalq Kosmik stansiyasına 36-cı ekspedisiya

Kosmosda digər qorxulu anlar 2013-cü il iyul ayının 9-da baş verdi. Beynəlxalq kosmik stansiyada olan amerikalı Luka Parmitano 22 dəfə gəmidən gənara çıxaraq ona tapşıırlan vəzifəni layiqəncə yerinə yetirdi. Lakin gəmidən açıq kosmik fəzaya son çıxışı zamanı Parmitano şleminin su ilə dolduğunu aşkar etdi. Məlum oldu ki, Parmitano şlüzlə açıq havaya çıxarkən yemək paketindəki su axaraq şlemə dolub. Nəticədə o özünü gözləyən ölümdən son anda xilas olaraq gəmiyə qayıda bildi. Əgər o saniyələr geçiksəydi, onda ölümdən canını xilas edə bilməyəcəkdi.

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az