Naməlum şəkildə yoxa çıxan təyyarələr (2)

Təyyarələrin müəmmalı şəkildə qəzaya uğramaları ilə bağlı ekspert araşdırmaları isə bu günə kimi məsələyə tam aydınlıq gətirə bilməyib. Əslində hər bir aviaşirkət sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılmasına görə cavabdehlik daşıyır. Onlar bütün hallarda müxtəlif səbəblərdən qəzaya uğrayan təyyarənin axtarılıb tapılmasına və sağ qalanları xilas etməyə hər an hazır olmalırdırlar. Amma bu günə kimi təyyarə qəzalarının günahkarları aşkar edilərək cəzalandırılmayıb. Digər tərəfdən də əksər hallarda qəzaya uğrayan və ya müəmmalı şəkildə yoxa çıxan təyyarələrin axtarılıb tapılması məsələsində opertivlik göstərimir. Əksər hallarda belə hesab edirlər ki, əgər təyyarə ilk bir neçə günlük axtarışdan sonra tapılmayıbsa, deməli onda onu axtarmağa dəyməz. Bu da yoxa çıxan və ya qəzaya uğrayan təyyarələrin sərnişinlərinin sağ qalacaqlarına olan ümidlərin olmaması ilə bağlı aviaşirkət rəhbərlərində formalaşan neqativ rəydir. Digər tətəfdən də sərnişin daşımaları ilə məşğul olan aviaşirkətlər sağ qalanların axtarışlarına milyonlar xərcləməkdənsə həlak olanların ailə üzvlərinə kompensasiya ödəməyi daha məqsədəuyğun hesab edirlər. Buna səbəb də iki xərcdən yaxanı kənara çəkməkdir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi qəzaya uğryan təyyarələrdə sərnişinlərin sağ qalma ehtimalının az olması barədə aviaşirkət rəhbərlərində neqativ rəy formalaşıb. Halbuki hadisələrin gedişi göstərir ki, qəzaya uğrayan təyyarələrin əksəriyyətində sağ qalanlar olur və vaxtında yardım göstərildiyi hallarda onların həyatını xilas etmək mümkündür.

Yoxa çıxmasına inanmaq  mümkün olmayan reaktiv təyyarə

Nə isə, mətləbdən uzaqlaşmadan qeyd edək ki, müəmmalı şəkildə daha bir müasir reaktiv yük təyyarəsinin yoxa çıxması 1979-cu ildə baş verdi. Belə ki, 1979-cu il yanvar ayının 30-da Tokiodan-Rio de- Janeyroya uçan "Boeinq 707" reaktiv təyyarəsi Sakit okean üzərində yoxa çıxdı. Təyyarənin göyərtəsində 6 nəfər vardı. Onun yükü isə nadir rəsm əsərlərindən ibarət idi. Bir ay davam edən axtarış- xilasetmə tədbirləri nəticə vermədi. Ona görə də təyyarənin axtarışını dayandırmağa məcbur odular. Bu günə kimi də təyyarənin  qalıqlarına rast gəlmək mümkün olmayıb. Halbuki super reaktiv təyyarlərdən biri hesab edilən "Boeinq 707"-nin qəzaya uğraması  mində bir faiz hesab edilirdi. Üstəlik o qəzaya uğrayacağı halda xüsusi siqnallar buraxaraq harada olduğu barədə məlumat verməli idi. Əvvəlcə belə güman edildi ki, təyyarənin ekipajı qiymətli yükü müşayiət edən 6 nəfərlə əlaqəyə girərək rəsm əsərlərini götürərək araan çıxıblar. Bu ehtimal uzun illərboyu əsas fakt kimi gündəmdə qaldı. Lakin təyyarədəki qiymətli rəsm əsərlərinin izlərinə dünyanın heç yerində razt gəlinməməsi bu ehtimalın doğru olmasını şübhə altına aldı. Belə ki, əgər qiymətli rəsm əsərləri qaçırılsaydı, onlda onu harada isə satmaq lazım gələcəkdi və bununla da məsələyə aydınlıq gətirləcəkdi. Ancaq bu günə kimi qiymətli rəsm əsərlərinə dünyanın heç bir yerində rast gəlinməməsi onun qaçırılması ehtimalını boşa çıxarıb. Amma onda  müəmmalı şəkildə yoxa çıxması ağlabatan hesab edilməyən "Boeinq 707"reaktiv təyyarəsi hara olub? Bu sirr də açılmamış qalmaqdadır.

Qəzalar davam edir

1995-ci il dekabr ayının 6-da Yujno-Saxalinskdən Xabarovska uçan "Tu-154B" sərnişin təyyarəsi Sixote-Alin dağları üzərində qəzaya uğradı. Təyyarənin qalıqlarının tapılması üçün dərhal axtarış- xilasetmə işlərinə başlanıldı.  Axtarış işlərinə kosmik peyklər də cəlb edilmişdi. Təyyarənin qalıqlarını 12 gün sonra dekabrın 18-də "Mi-8" vertolyotunun köməyi ilə aşkar etmək mümkün oldu. Təyyarədə olan 90 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

2007-ci il yanar ayının 1-də İndoneziyanın " Adam Air" aviakompaniyasına məxsus "Boeing 737" sərnişin təyyarəsi müəmmalı şəkildə qəaya uğradı. Təyyarənin göyərtəsində 96 sərnişin və 6 ekipaj üzvü vardı. Təyyarənin qalıqlarını aşkar etmək üçün xarici ölkələrin axtarış-xilasetmə qurumları da cəlb edilmişdilər. 10 gün davam edən  axtarışlardan sonra Kalimantan və Sulavesi adaları arasındakı Makassar körfəzində dənizin 2000 metr dərinliyində təyyarənin qalıqlarını aşkar etmək mümkün oldu. Sərnişinlər və heyət üzvləri də daxil olmaqla 102 nəfərin hamısı həlak olmuşdu.

2008-ci il yanvar ayının 4-də Venesuelada "L-410" sərnişin təyyarəsi qəzaya uğradı. Qəzaya uğramazdan əvvəl təyyarənin pilotu yerə məlumat verdi ki, mühərrikdə nasazlıq əmələ gəlib. Həmin vaxt təyyarə Los- Rokes arxipelaqı üzərində uçurdu. Pilot bundan sonra yerlə daha əlaqəyə girmədi və  təyyarə radarlardan yoxa çıxdı. Təyyarənin göyərtəsində 14 sərnişin və iki ekipaj üzvü vardı. Təyyarənin axtarışları nəticə vermədi. Halbuki təyyarənin qəzaya uğradığı yeri pilot məlumatına əsasən təxminən məlum idi. Ona görə də ilk günlər təyyarənin tezliklə tapılacağına və sağ qalan sərnişinlərin xilas ediləcəyinə ümidlər bəslənilirdi. Lakin uzunmüddətli axtarışlar təyyarənin qalıqlarının aşkar edilməsinə imkan vermədi. Yalnız 2013-cü ilin iyun ayında "L-410" sərnşin təyyarəsinin qalıqlarını arxipelaqdan cəmisi 9 kilometr məsafədə, dənizin 900 metr dərinliyində aşkar etmək mümkün oldu.

 Halbuki bu təyyarəni də vaxtinda aşkar etmək mümkün idi və onun qalıqlarının tapılması üçün 5 il vaxt sərf etməyə və ya hansısa bir təsadüfi gözləməyə ehtiyac yox idi. Yenə də belə başa düşmək olar ki, qəzaya uğrayan təyyarələrin axtarışları arzu edilən səviyyədə həyata keçirilməyir. Halbuki, günümüzdə kosmosdakı peyklərin vasitəsi ilə yerdə hərəkət edən canlını aşkar etmək mümkündür. Belə olduğu halda bəzən uçuş-enmə zolaqlarından cəmisi 30-40 kilometr məsafədə qəzaya uğrayan təyyarələrin aşkar edilməməsi özü də təəccüb doğurur. Bəlkə də qəzaya uğrayan təyyarələrlə bağlı hansısa eksperiment həyata keçirilir? Bununla bağlı müxtəlif ehtimallar mövcuddur. Hətta qəzaya uğrayan təyyarələrin yerdə sınaqdan keçirlən raketlərlə vurulduğu belə istisna edilmir. Sonra da iz itirmək üçün təyyarənin aşkar edilmədiyi barədə rəy formalaşdırılır və axtarış-xilasetmə işləri səhv istiqamətə yönəldilir. Hər halda müəmmalı şəkildə qəzaya uğrayan təyyarələrlə bağlı mövcud olan çoxsaylı faktlar bu ehtimalların nəzəri baxımdan düzgün ola bilməsini ağlabatan hesab edir. Davamı var

Əziz Mustafa/Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

22.02.2018

21.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az