Doğum tarixi hansı xəstəliklərdən xəbər verir?

ABŞ alimləri 1,7 milyon insanın sağlamlığı ilə doğum tarixini qarşılaşdıraraq inanılmaz nəticələr əldə ediblər.

Araşdırmalara görə, doğum tarixi əslində xəstəlikləri də müəyyən edə bilir. Məsələn, may ayında dünyaya gələnlər daha çox xroniki xəstəliklərə tutulurlar.

Kolumbiya Universitetinin professorları 1985-2013-də Nyu Yorkun Presbyterian xəstəxanasında müalicə alan 1,7 milyon insanın sağlamlıq məlumatlarını doğum tarixi ilə alqoritmik üsulla qarşılaşdırıblar.

Nəticəyə görə, mart və aprel ayında doğulanların ürək-damar xəstəlikləri, oktyabr və noyabr ayında doğulanların isə nevroloji xəstəliklərə tutulma riski böyükdür. Bundan başqa, asma kimi bronxial xəstəliklər iyul və oktyabr aylarında doğulan, diqqətsizlik isə noyabr ayında doğulanlarda müşahidə olunur.

Təcrübəni həyata keçirən Mari Regina Boland doğum tarixi və risklər arasındakı bağlantının ətraf mühitin təsiri ilə xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqəni ortaya qoyduğunu söyləyib. Gənc professor bu yeni üsulla həkimlərə xəstəliklərin müalicəsində kömək edə biləcəyini də bildirib.

Təcrübənin nəticələri "Journal of American Medical İnformatics Association” jurnalında dərc olunub.

Qaynarinfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

19.07.2018

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az