Səhrada yaşayan 100 yaşlı Məcnun tapıldı...

İslamda kimisə, o cümlədən sevdiyin qadını da bütləşdirmək, ona görə tərki-dünya olmaq günah sayılır…

100 yaşlı  səudiyyəlinin gənclik illərində sevdiyi qıza qarşı ömrü boyu  isti hisslərini saxlaması sosial şəbəkələrdə emosional bir fırtınaya səbəb oldu. Moderator.az yazır ki, bu haqda “StepFeed” nəşri xəbər yayıb. Səudiyyə ərəbistanlı Əbu Şaran bu  yaxınlarda 100 illik yubileyini qeyd edib. Son onilliklər ərzində o,  vaxtilə qarşılıqsız sevdiyi bir qadının evinin xarabalıqlarının yaxınlığında səhrada yaşayır. Gəncliyində Əbu Şaran ürəyini sevdiyi qıza təklif edib, ancaq valideynləri qızı ona verməkdən imtina ediblər. Bundan sonra Məcnuna dönən ərəb evlənə bilməyib və həmin qadının evinin yaxınlığında yaşamağa başlayıb. O vaxtdan bəri artıq  həmin qadın da dünyadan keçib, onun yaşadığı ev də xaraba qalıb və ətraf kimsəsiz səhralığa dönüb.  Lakin 100 yaşlı Əbu Şaran hələ də səhrada çadırda yaşayır və qəlbində gənclik xatirələrini qoruyub saxlayır…
 
Səudiyyəli müasir Məcnun dünyadan köçüncə ürəyində məskunlaşdırdığı qadının adını çəkməkdən imtina edib. Jurnalistlərə müsahibəsində Əbu Şaran  gənclərə yalnız sevgi əsasında evlənməyi tövsiyə edib.
P.S. Əsl İslamda ona olan rəğbətindən, sevgindən asılı olmayaraq kimisə, o cümlədən sevdiyin hər hansı qızı, qadını bütləşdirmək, ona görə tərki-dünya olmaq günah sayılır… Odur ki, 100 yaşlı ağsaqqal(?) müsəlman gənclərə yaxşı nümunə göstərmir…

Çox oxunan xəbərlər
Son xəbərlər

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31

free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az