Gözlərini yumub-açan mumiyanın sirri açıldı

Dünyanın “yatmış gözəl” olaraq qəbul etdiyi Rosaliya Lombardonun mumiyasının sirri çözülüb.

Mediainfo.az ölkə.az-a istinadən xəbər verir ki, taxta beşiyə yerləşdirilmiş şüşə tabutun içindəki qız uşağının mumiyası müntəzəm olaraq gözlərini yumub açır.
Rosaliya 1918-ci ildə İtaliyada anadan olub və 1920-ci ildə “ispan qripi” xəstəliyindən vəfat edib. 98 ildir şüşə tabutda uyuyan mumiya ara-sıra gözlərini yumub açırdı.

Məlum olub ki, həkim Alfredo Salafiya tərəfindən mumiyalanan 2 yaşlı qızın damarlarına bir maye vurulub. Amma həkim mayenin tərkibini heç vaxt açıqlamayıb.

Rosaliyanın mumiyası İtaliyanın Palermo şəhərindəki bir muzeydədir. Alimlər onun necə mumiyalandığının sirrini açmağa çalışırlar. Rosaliyanın meyiti 98 ildir ki, heç xarab olmadan qalıb. O dövrdə başlayan “ispan qripi” Avropada 25.000.000 insanı məhv edib.
Qızını itirən Lombardo övladını ölümsüzləşdirmək istəyib. Bu işi həyata keçirəcək adamı isə Siciliyada tapdı. Mumiya üzrə mütəxəssis Alfredo körpənin meyitini mumiyalayaraq şüşədən hazırlanmış bir məzarın içinə qoydu. Amma həkim mumiyalamada hansı üsuldan istifadə etdiyini heç kəsə demədi və sirrini özü ilə qəbirə apardı.

Alimlər uzun illər mumiyanın sirrini axtarıblar. 1999-cu ildə Palermo universitetinin arxeoloqu Piombino Maskali bu sirri çözür. Maskali təsadüfən bir əlyazma tapır. Salafiya kiçik qızı necə mumiyaladığını bu əlyazmada qeyd edib.

Qeydlərə əsasən, həkim Rosaliyanın damarlarına spirt və salisil qarışığı olan bir maddə vurub. Alimlər əlyazmanı tədqiq ediblər və qliserin, sink, xlor və salistik turşusu ilə mumiyalandığı məlum olub. Bu məhlul qızın bədənini bu günə qədər olduğu kimi saxlayıb.
Başqa bir iddiaya görə isə 2 yaşlı qızın mumiyasının göz qırpması sadəcə vizual bir hiylədir. Tabutun olduğu yerdəki işıq oyunu səbəbindən mumiyanın gözlərini yumub-açdığı görünür.

İddiaya əsasən, içəri sızan işıq səbəbindən hər 60 saniyədən bir kiçik qız gözünü açıb-bağlayır.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az