Dünyanın ən bahalı avtomobili satışa çıxarılacaq

“Pagani” şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

Bu model “Pagani Zonda HP Barchetta” adlanır və cəmi 3 ədəd istehsal edilib. Mühərrik gücü 789 at gücü olan avtomobilin satış qiyməti isə 17.5 milyon dollardır.

Hazırda “Pagani Zonda HP Barchetta” dünyanın ən bahalı avtomobili kimi qəbul edilir. Keçən il satışa çıxarılan və 13 milyon dollara satılan “Rolls-Royce Sweptail” modelinin rekordunu “Pagani” yenilədi.

Yeni model 6 litr həcmli, tvinturbolu, V12 tipli mühərriklə təchiz edilib. 789 at gücü olan mühərrik 6 pilləli mexaniki sürətlər qutusu ilə işləyir. Yerindən 100 km/saat sürəti 3.1 saniyəyə əldə edir. Maksimal sürət isə 388 km/saatdır. (ölkə.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az