Nevada da müəmmalı ağ piramida

“Google Earth” də “40°20’41″N 117°20’48″W” koordinatlarını daxil etsək, Nevada ştatındakı səhrada müəmmalı binanı göstərəcək.

Bu bina səhranın tam ortasında yerləşir. Əgər kameranı binadan bir az kənara fırlatsaq və uzaqlaşdırsaq, uzunluğu bir kilometrdən çox olan ağ üçbucaq görəcəyik. Bu struktur sünidir və onun sərhədləri dəqiq çəkilib. Bununla yanaşı, onun nəydən ibarət olduğu məlum deyil. Elə bil ki, yuxarıdan nəhəng nəsə buraxıblar və bu nəhəng aparat güclü isti ilə daş və qumu ağardıb.

Üçbucağın yanındakı tikililər nə fermaya, nə də heyvan axuruna bənzəyir. Sonuncu dəfə fotolar 2014-cü ilin may ayında lentə alınıb. Amma ağ üçbucaq bu ərazidə 1994-cü ildən mövcuddur. 1994-cü ildə isə ətrafda heç bir bina yoxdur!

Müəmmalı üçbucağı yerli sakin üzə çıxarıb. O, məşhur 51-ci Zonanı tapmaq istədiyi zaman bu tapıntı ilə üzləşib. Batl Mauntin sakini Nevada ştatındakı 51-ci zonanı və UNO qəzasının izlərini araşdırırmış. O, bu barədə MUFON saytına məlumat verib.

Ufoloqların fikrinə əsasən, bu ərazidə uzun illər əvvəl UNO və ya məxfi hərbi təyyarə qəzaya düşüb. Bu səbəbdən də qəzanı və nəticələrini öyrənmək üçün tədqiqat işləri aparılıb. ölkə.az

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az