Lotereya ilə varlandı, amma indi hər şeyini satır

Böyük Britaniyadan olan poçtalyon lotereya udaraq birdən-birə varlansa da, onu tənhalıq əldən salıb. O, bahalı evini sataraq Avstraliyaya köçmək və yeni həyata başlamaq istəyib. 2012-ci ildə 42 yaşlı poçtalyon Adrian Beyforad lotereyada 148 milyon funt sterlinq udub. Həmin vaxt o, qədim qraflıq olan Suffolka köçüb və orada 6.5 milyon funt sterlinqə ev alıb. Keçmiş poçtalyon daha sonra bu evə xeyli məsrəf qoyaraq bəzəyib, bahalı aksesuarlar alıb. 

Lotereyanı udandan 15 ay sonra arvadı boşanmaq üçün ərizə verib. Daha sonra Beyfordun kolbasa fabrikinin bir işçisi ilə müntəzəm davam edən münasibəti olub, ardınca daha bir qadınla sevgili olub. Ötən il son sevgilisi də onu tərk edib və dəyəri 300 min funt sterlinq olan hədiyyə atını da götürüb. Üçüncü sevgilisi də onu xəyanət etdiyinə görə atıb. Qız onu telefonunda vaxtilə şəxsi sürücüsü olmuş bir qadınla intim yazışmasını oxuyandan sonra atıb.

Beyforadın dostlarının iddiasına görə, varlılıq şəxsi həyatı təşkil etməkdə ona mane olur. Səbrini daşıran son damla isə keçmiş arvadının ərə getməsi olub. Bundan sonra o, qərarlaşdırıb ki, nə etməlidir: “Son nəticədə o, bu pulları başqa insanları xoşbəxt etmək üçün sərf etməyi qərarlaşdırıb. Hesab edirəm ki, o, onu xoşbəxt etməyən əşyalara həddən artıq pul xərclədiyini düşünüb”, - bunu da The Sun qəzetinə mənbələrdən biri açıqlayıb.

Hazırda Beyforad öz villasını satmağı planlaşdırıb. O, artıq son 6 ildə aldığı atlardan qurtulub. Bundan başqa, eks poçtalyon öz musiqi mağazalarını da bağlayıb. Hazırda o, Avstraliyaya köçməyə və “başqa insan olmağa” hazırlaşır: “Onun dostları narahatdır ki, o, nə qədər uzağa və dərinə gedə bilər. O, öz planları barədə hətta ən yaxın adamlarına, dostlarına da hər hansı informasiya verməyib ki, bu da çox qəribədir”.

Musavat.com

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az