Ulduzlararası asteroid yadplanetli gəmisidir

Ulduzlararası asteroid Oumuamua işıq sonduna oxşadığı üçün yadplanetli tədqiqat missiyasının bir hissəsi ola bilər.

“Bunu Harvard-Smitsonovsk astro fizika mərkəzinin alimləri Şmuel Byali və Abraham Leb açıqlayıb.

Alimlər bildirirlər ki, Günəş sistemini tərk edən müəmmalı asteroid sürətini artırıb. Əslində isə Günəş sistemini tərk etdikdən sonra sürətini azaltmalı idi. Bununla belə, kosmik cismin daxilindəki qazı çölə atdığı üçün sürətini artırdığı versiyasının üstündən xətt çəkilib. Çünki bu, kometlərə məxsusdur, Oumuamua isə komet deyil. Bundan başqa qaz ifrazı ilə bağlı sürətin artması asteroidin fırlanma effektini yaradardı amma bu, baş verməyib.

Alimlərin fikrinə görə, müəmmalı obyekt günəş şüalanması təzyiqi ilə hərəkətə keçirilə bilər. Belə enerji mənbəyi yadplanetli gəmiyə günəş şüasından başqa heç bir şeyə ehtiyac duymadan Qalaktikada səfər etməyə imkan yaradardı.

 

Byali və Leb ehtimal edir ki, bəşəriyyətin aşkar edə bilmədiyi heç bir radio siqnal şüalandırmayan obyekt təbii də ola bilər. Eyni zamanda alimlər ehtimal edirlər ki, Oumuamua yadplanetlilər tərəfindən inşa edilən süni obyekt də ola bilər.

Asteroidin ideal proporsiyaları var. Bu isə kosmik toz ilə toqquşmaya davamlıdır və qalaktikalararası uçuşa mane olmur.
Oumuamua Günəş sistemindən uçub keçən və aşkar edilən ilk ulduzlararası səma cismidir. O 2017-ci ilin 19 oktyabr tarixində Robert Uerik tərəfindən kəşf edilib.( ölkə.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2018

19.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az