Rusiya Napoleonun qızıllarını axtarır

Rusiyalı tarixçi 1812-ci ildə Fransa imperatoru Napoleonun qarət edilmiş Moskvadan qoşunlarını geri çəkərkən gizlətdiyi xəzinənin mümkün yeri barədə yeni nəzəriyyə ilə çıxış edib.
 
Vyaçeslav Rıjkova əsasən 200 ildir ki, xəzinə yanlış yerdə axtarılıb.
 
Rabochiy Put qəzetinə danışan alim deyir ki, diqqəti Belarusla həmsərhəd olan onun doğma Rudnya rayonuna yönəltmək lazımdır.
 
200 ildən artıq dövriyyə edən məlumatlara görə Napoleonun ordusu Moskvada talan etdiyi dəyərli əşya və qızıl külçələri Rusiyadan geri çəkilərkən yolda basdırmalı olub.
 
Sərvətin izləri səylərə rəğmən hələ ki, aşkar olunmayıb.
 
Napoleonun yaxın dairəsinə mənsub hərbi qərargah üzvü general Philippe de Ségur-un memuarlarında, xəzinənin Smolensk regionundakı Semlyevo gölünə atıldığı iddia olunur.
 
Bu yerin ətrafında Fransa ordusuna aid çox sayda silah-sursatın mövcudluğu məlumatın mötəbərliyini artırır.
 
1830-cu ildən bəri göldə aparılan müxtəlif axtarışlar nəticəsiz başa çatıb.
 
Bəzi tarixçilərə görə general de Ségur-un məlumatı diqqəti xəzinənin əsl yerindən yayındırmaq cəhdi olub.
 
Onlar hesab edirlər ki, xəzinə çox güman ki, Belarusun Berezina çayında ola bilər.
 
Lakin 2012-ci ildə Fransa-Belarus ekspedisiyasının çayda apardığı axtarış da, müsbət nəticəyə varmamış başa çatıb.
 
Baş verənlərin mümkün ssenarisi barədə Vyaçeslav Rıjkovun nəzəriyyəsinin çapı Yeni il bayramına təsadüf edir.
 
"Saxta karvan"
 
Vyaçeslav Rıjkov hesab edir ki, Napoleon rusiyalı casusları yayındırmaq üçün iki karvan göndərib.
 
Saxta karvan Semlyovoya yollanıb.
 
Həqiqi sərvəti daşıyan digər karvan isə cənuba, Bolşaya Rutaveç gölünə doğru istiqamət alıb.
 
Nəzəriyyəyə görə, qızıl və cavahirat gölün ortasında yığılmış lil kütləsi altında basdırılıb.
 
Cənab Rıjkov öz məlumatını dəstəkləmək üçün gölün ortasında daha sonra əriyib yoxa çıxan lil təpəliyinin olduğunu göstərir.
 
O, həmçinin 1989-cü ildə sudan alınan kimyəvi analizlərin yüksək gümüş ionları səviyyəsini aşkara çıxardığını qeyd edir.
 
Alim deyir ki, "gölün altındakı kütlədən xəzinəni yalnız mütəxəssislər və düzgün avadanlığın istifadəsi ilə çıxarmaq mümkündür".
 
Lakin Rıjkovun dediklərilə heç də hamı razılaşmır.
 
"Bədii ədəbiyyat"
 
Onlardan biri peşəkar xəzinə axtaran və Napoleonun qızılları barədə dəfələrlə mediada şərhlər verən Vladimir Porıvayevdir.
 
"Bu bədii ədəbiyyatdır... Ötən iki əsr ərzində tarixçi və tədqiqatçılar Napoleonun Rusiya hərbi kampaniyası tarixini dərindən araşdırıblar.
 
Sənədlər əsasında imperator, onun sərkərdələrinin günbəgün yeri təsbit edilib...", - Vladimir Porıvayev Moskovskiy Komsomolets nəşrinə deyir.
 
Onun sözlərinə görə Napoleonun ordunu ataraq, "qızıl karvanı" ilə şəxsən məşğul olması barədə mülahizə həqiqətə uyğun görsənmir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Napoleonun sərvətləri barədə yeni nəzəriyyələr ildə bir neçə dəfə üzə çıxsa da, onların bir çoxu Rudnya rayonu və "saxta karvan" barədə nəzəriyyə qədər cəlbedici deyil.
 
Bütün bunlarla yanaşı Vladimir Porıvayev Napoleonun xəzinəsinin mövcud olduğuna inanır.
 
"...Bütün toplanılan məlumat buna işarə edir: Napoleonun xəzinəsi mövcuddur.
 
Və nə vaxtsa mütləq aşkar olunacaq. Lakin çox güman ki, bu təsadüf nəticəsində baş verəcək". (virtualaz.org)
 
Məlumatın müəllifi: Martin Morgan
Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az