MKİ-nin Türkiyədən illərdir gizlətdiyi böyük kəşf

Nuhun gəmisinin harada olmasına dair bir çox iddialar səsləndirilib. Bu iddialardan dünya miqyasında ən çox qəbul ediləni gəminin Ağrı dağında yerləşməsidir.

Amerikalı tədqiqatçı, alim Paul Esprante gəminin Ağrı dağında olmasına dair çox sayda sübutun olduğunu söyləyib.

Bu yaxınlarda isə “Ağrı dağı iddiası”nı təsdiqləyəcək yeni bir sənədli film yayımlanıb. Filmə əsasən 1949-cu ildə ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Sovet İttifaqı ərazisində gizli tapşırıq çərçivəsində Ağrı dağı yaxınlığında uçuş həyata keçirib. O dövrdə Sovet İttifaqı ilə fiziki sərhədləri mövcud olan Türkiyə ərazisində 4720 metr hündürlükdə uçuş həyata keçirən pilot Ağrı dağında buz təbəqəsinin üzərində maraqlı bir cism aşkarlayıb. MKİ-nin qeydlərində bu kəşf “Ağrı dağı anomaliyası” kimi qeyd olunub. Lakin qeydlər gizli saxlanıldığı üçün 50 ildən artıq müddətdə Ağrı dağında əslində nə müşahidə olunduğu sirr olaraq qalıb.

Riçmond Universitetinin professoru Porçer Teylor məlumat əldə etmə qanunu çərçivəsində görüntüləri araşdırmaq tələbi ilə çıxış edib.

Əldə olunan görüntülərdə qar təbəqəsinin üzərində qeyri-adi bir cism müşahidə olunub. ABŞ kəşfiyyat orqanları bu görüntünü aldadıcı bir işıq oyunu adlandırıb. Alim Teylor isə kəşfiyyatın əksinə olaraq görüntülərdə insan tərəfindən düzəldilmiş bir cismin müşahidə olunduğunu vurğulayıb.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az