Avtomobil sahiblərinin diqqətinə: bu detalı ustalar sökərək başqasına sata bilərlər - VİDEO

Avtomobilində nasazlıq yarandığından ustaya müraciət edən şəxs maraqlı hadisə ilə üzləşib.

 

Xezerxeber.az-ın məlumatına görə, məlum olub ki, avtomobilin katalizator adlanan detalının içərisi başqa usta tərəfindən sökülərək götürülüb.

Avtomobil ustası Rəsul Turabov deyir ki, son zamanlar bununla bağlı müraciətlər artıb. Katalizatorun içərisində bahalı metal olduğundan bəzi işbazlar onu sökərək çıxarır.

 

Rəsul Turabov deyir ki, belə avtomobillər bir müddət normal işləsə də sonradan problemlər yaranır.

 

Usta deyir ki, katalizator sistemində problem olan avtomobil sahibləri əslində böyük xərcə düşmədən də bu problemi həll edə bilərlər. Bunun üçün sadəcə katalizator sistemini yudurtmaq kifayətdir.

 

Ustalar onu da bildirir ki, katalizator sistemi avtomobilin ən həssas detallarındandır. Vaxtında qulluq edilməsə gələcəkdə problemlər çox ola bilər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2019

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az