Rusiyada spirtli içkilərin qəbuluna görə 5 region liderlik edir

Rusiyada il ərzində ən çox spirtli içki qəbul edən 5 regionun adı məlum olub.

Mediainfo.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə,  Rusiya spirtli içkilərin  federal və regional tədqiqatlar mərkəzinin araşdırmalarına  görə, 2018-ci ildə 5 regionda, Maqadan, Saxalin, Kareliya regionlarında, həmçinin Moskva vilayətində və Nenets Milli dairəsində adambaşına orta hesabla 25 litr içki qəbul edilib. Bu, spirtli içkilər üzrə Rusiyada adambaşına qəbul edilən illik 14 litrdən təxminən iki dəfə çoxdur. Xatıraladaq ki, 2017-ci ildə Saxalində bir ildə adambaşına 27,5, Nenets milli dairəsində 26,7, Kareliyada 25, Maqadanda 24,6, Moskvada 23,5 litr spirtli içki qəbul edilib. Bundan əlavə Rusiyada hər il spirtli içki içənlərin sayı artmaqda davam edir. Belə ki, əgər 2017-ci ildə Rusiyada adambaşına orta hesabla 13,2 litr spirtli içki qəbul edilmişdisə, 2018-ci ildə bu rəqəm artaraq 14,3 litrə çatıb.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az