Oğuz sakini həyətində 3 ayı bəsləyir

Oğuz sakini riskli və riskli olduğu qədər də maraqlı bir iş görür. O, həyətində 10-dək ayı yemləyir.

Aayılar həyətə daxil olur, onlar üçün qoyulan yeməyi yeyir, heç kəsə və heç nəyə toxunmadan çıxıb gedirlər.Oğuz rayon sakini Dağlar Mehdiyev bu 3 ayı balasını bir necə il əvvəl taparaq saxlayıb. Heyvanlardan 1-i erkək, 2-si isə dişi olub. Onun sözlərinə görə, ayı balalarını evinə yaxın ərazidə tapıb. Həmin vaxt isə ayıların vəziyyəti heç də yaxşı olmayıb.

Dağlar Mehdiyevin sözlərinə görə, ayılara yem olaraq ancaq ləpə və ət verib. Ayıları bir müddət bəslədikdən sonra onları meşəyə buraxıb. Amma bundan sonra da erkək ayılar mütəmadi olaraq bu həyətə gəlməyə başlayıb.

Dişi ayılar bir müddət gəlməyib, amma sonralar onlar da öz balaları ilə bu həyətə gəlməyə başlayıblar.

Rayonun Xaçmaz kənd sakini, 49 yaşlı Dağlar Mehdiyevin sözlərinə görə, ayılar tez-tez həyətə gəlsələr də, heç kəsə və heç nəyə zərər vurmurlar. Hətta evin balaca sakini də ayılardan qorxmadığını deyir. Onlar ayılara maraqlı adlar da qoyub.

Dağlar Mehdiyev düşünür ki, ayılar ondan yalnız yaxşılıq gördükləri üçün ona və ailə üzvlərinə toxunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
  •  
     
     

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az