Türkiyədə yeraltı şəhər tapıldı

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonu ərazisində təxminən 5 kilometr uzunluğunda yeraltı şəhər aşkarlanıb.

Avanos rayonunun Çalış bələdiyyəsi ərazisində təxminən 15 birmərtəbəli evi döşəmədən su basıb. Sakinlər bu barədə bələdiyyədən kömək istəyiblər. Subasmanın səbəbi araşdırılarkən bir-birinə yapışıq tikililərdən təxminən 50 metr aralıda iki girişi sakinlər tərəfindən hörülən mağara aşkarlanıb. Az sonra müəyyənləşdirilib ki, mağara hesab edilən ərazi hazırda su altında olan yeraltı şəhərdir. İlkin ehtimala görə, ibadət yeri, yaşayış otaqları və tunellərdən ibarət bu məkan təxminən 5 min il tarixə malikdir.

Bildirilir ki, yeni tapılan yeraltı şəhərin turizm bölgəsinə daxil edilməsi və bunun üçün yararlı hala salınması məqsədilə müzakirələrə başlanılıb.Azərtac

Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2019

19.06.2019

18.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az