İyunun 24-də xalq artistinin toyudur

"Ailə quracağım şəxs zəngin adamdır"

 

Azərbaycanın xalq artisti, tanınmış komediya aktrisası Fatma Mahmudova ərə getməyə hazırlaşır. Onun ailə quracağı şəxs əcnəbidir. Xalq artisti özü də bu məlumatı təsdiqləyib. Aktrisa ATV telekanalında verilişlərin birinin efirində bildirib ki, fikri ciddidir: “Çoxları məni tənqid edir, lakin anlamıram, axı burda nə var ki? Mənim qızlarım çoxdan ərdədirlər, nəvələrim var və indi isə özüm üçün yaşamaq istəyirəm. Doğmalarım bu qərarıma etiraz etmirlər. Ailə quracağım şəxs zəngin adamdır, onun 57 yaşı var və Moskvada yaşayır. O, çoxdandır ki, mənə diqqət yetirsə də, mən daim etiraz edirdim, lakin indi ailə qurmağa razılıq verdim. Mən ərə gedəcəyəm və heç kim buna mane ola bilməz”.
F.Mahmudovanın toy mərasimi iyunun 24-də, yaxınlarının əhatəsində baş tutacaq. Qeyd edək ki, F.Mahmudova 1954-cü ildə Ağdamda anadan olub.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az