VİDEO: Azərbaycan "Kim milyoner olmak ister?"də

Azərbaycan və Rusiya arasındakı "Eurovision" qalmaqalından sual hazırladılar

""Eurovision 2013"də ölkəsinin Rusiyaya niyə sıfır bal verməsi ilə bağlı araşdırmaya başlayan ölkə hansıdır?" 


İsveçdə baş tutan Eurovisionun müsabiqəsindən sonra Azərbaycan və Rusiya arasındakı qalmaqala Türkiyədə "Kim milyoner olmaq istəyir?" yarışmasında belə yer ayrılıb. Yarışmada ""Eurovision 2013"də ölkəsinin Rusiyaya niyə sıfır bal verməsi ilə bağlı araşdırmaya başlayan ölkə hansıdır?" sualına iştirakçı cavab verməkdə çətinlik çəkib. Dosta zəng belə onu bu sualdan xilas edə bilməyib. Ermənistan, Belarus, Ukrayna və Azərbaycan olan variantlardan iştirakçı Azərbaycanın deyil, Ukraynanın doğru cavab olduğunu bildirib.

Qeyd edək ki, "Eurovison"dan sonra Azərbaycan Rusiyaya 10 bal verdiyini iddia etsə də, hələ ki, bu balın aqibəti naməlumdur. Prezident İlham Əliyev də sözügedən mövzu ilə bağlı tapşırıq verib. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov rus həmkarı Sergey Lavrovla görüşdə bal məsələsini müzakirə etmişdi.

28-ci dəqiqədə həmin sualı izləyə bilərsiniz

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az