Sənətkar ömrünün şirin məqamı... Hidayət – 70

                    İnsana ömrün bütün məqamları şirindir. O ki, qaldı, sənətkar ömrünə... Bu qələmin və sözün gücü ilə əbədiləşən bir ömürdür və adət etmişik ki, sənətkarın ömrünün ən şirin məqmları olan 50-ni, 60-şı, 70-şi, 80-ni, 90-nı xüsusi olaraq qeyd edək, uğurlayaq, sevinək, sevindirək...

    Hidayət müəllimin -  görkəmli şair və dramaturq, tanınmış nasir və kəsərli publisist, bacarıqlı tərcüməçi, ictimai xadim, fövqəladə və səlahiyyətli səfir Hidayət Orucovun 70 yaşı tamam olur.  Qeyd edək ki, Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Muğru bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, «Sovet Ermənistanı» qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il bu qədim sənət ocağına başçılıq etmişdir.

   Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. 1984-cü ildə Bakıya köçərək «Gənclik» nəşriyyatının baş redaktor müavini (1984-1986), sonra da baş redaktoru (1986-1992-ci illər) vəzifələrində işləmişdir.

 Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mədəni dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 500-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Yazıçının 50-yə qədər poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunmuşdur.

    70 yaşını tamamlayan, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Ləyaqət” ordenli, ləyaqətli ziyalı Hidayət Orucov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri olub, 1993-2006-cı illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri işləyib.  2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Milli azlıqlarla və Dini Qurumlarla İş üzrə Dövlət müşaviri, 2006-2012-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. 2012-ci ildən bu günə qədər Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyir…

    Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov lap bu yaxınlarda türk yaradıcılıq dünyasında böyük roluna, Qırğızıstan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsində töhfələrinə və danılmaz xidmətlərinə görə ilk Azərbaycanlıdır ki,  Aytmatov İctimai Akademiyasının həqiqi üzvü - akademiki seçilib.

   Qeyd edək ki, Aytmatov İctimai Akademiyası 1994-cü ildə dünya şöhrətli böyük qırğız yazıçısı Çingiz Aytmatovun türk ədəbiyyatının irsinin saxlanılması və genişləndirilməsi məqsədilə yaradılıb. Akademiyanın iyirmi illik fəaliyyəti ərzində dörd ildən bir onun fəxri və həqiqi üzvləri - görkəmli yazıçılar, dramaturqlar, şairlər, filosoflar, tarixçilər, aktyorlar, rejissorlar, dilçilər, professorlar və elmlər doktorları seçilirlər və bu Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində mühüm hadisələrdəndir...

   Hidayət müəllim bütün şüurlu həyatını Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə həsr edən tanınmış, xalqımız, ədəbi ictimaiyyətimiz tərəfindən sevilən, siyasi elita mühitində  böyük hörmət qazanmış şəxsiyyətlərdəndir. Sayılıb-seçilən ziyalı tipidir... Amma, bütün məqamlarda o yenə də şairdir, qələm əhlidir! Bəlkə də, onun belə hörmət qazanmasına, sevilməsinə, sayılıb-seçilməsinə səbəb olan ən mühüm amillərdən biri də elə budur...

  Bir dəfə, onun haqqında yazılarımın birində “seçmələrin seçməsi” ifadəsini işlətmişdim, on cildlik “Seçilmiş əsərlər”i barəsindəki məqaləmdə belə bir söz oynatmışdım. Amma indi görürəm ki, “yanlış da, bir naxışdır” və bu söz – “seçmələrin seçməsi” Hidayət müəllimin yaradıcılığına, yaradıcılığı ilə tən gələn şəxsiyyətinə, ictimai-siyasi fəaliyyətinə yaraşan, boy-buxununa yaraşan sözdür!! 

     Mənə elə gəlir ki, şairin (eləcə də bütün qələm əhlinin) ürəyinin koordinatlarından keçib gələn hissin poetik sözə, şeirə çevrilməsinin özü fəhm ilə yaranmış seçmə hiss, duyğu, obrazlı fikirdir. Seçmə olmasaydı, belə hiss, duyğu, fikir, duyum qabiliyyəti hamıya məxsus olardı, daha bir seçmə şəxsiyyətin canından süzülüb gəlməzdi. Bu mənada şairlər Tanrının seçib-seçdiyi seçmə qələm adamlarıdır və onların bütün dünyagörüşü, həyata baxışı, keçirdiyi hisslər, bunların ifadəsi olan əsərləri seçmədir... Poeziya çeşməsindən süzülüb gələn duruluqdur...

   Hidayətin şair portretini, lirik “mən”ini canlandıran “Mən kiməm?” adlandırdığı bir lirik-miniatür poeması (mən, bunu belə adlandırıram) var. Onun bir yerində yazır:

Bilirsiniz mən kiməm?

Babamın atamdan sonrakı yaşı,

Çiçəkli, meşəli, qayalı Zəngəzur torpağı,

                            Bir aran çeşməsinin su daşı.

...Qədimdən- qədiməm,

                            Uludan uluyam,

Bir ovuc,

                Bir içim xan Araz suyuyam!

Şeirdə çeşmə, su, çay aparıcı obrazlardır və bu elə Hidayətin bənzərsiz poeziyasının bənzəridir... Hidayətin poeziyası çeşmə qədər duru, su qədər lətif, çay təkin çağlar və coşqundur...

   Hidayətin bütün poetik yaradıcılığının ümumən poeziyamızın, sayılan, seçmə poeziyamızın seçməsi hesab etmişəm – orjinallıq, özgürlük, özünəməxsusluq, bənzərsizlik anlamında...

   Hidayət həqiqətən də,sözün baş mənasında maraqlı şairdir, nasirdir, dramaturqdur, publisistdir, tərcüməçidir, nəşriyyatçıdır, ictimai xadimdir, milli və bəşəri miqyaslı ziyalıdır, qələm əhlidir... Maraqlı adamdır... Maraqlı şəxsiyyətdir... Elə, məncə maraqlı əsərləri, maraqlı kitabları da, maraqlı adamlar, maraqlı şəxsiyyətlər yaradırlar... Hər bir yaxşı şeir – istedadla yazılmış şeir maraqlı ömrün ən maraqlı anlarının cilvəsidir... Şeir ömrün bir anıdır, özü də ən maraqlı anı... Şeirli günlər sənətkar üçün xoşbəxtlikdir, şeirsiz anlar isə əzabdır, iztirabdır:

                     Şeirim, ayrılmışam səndən… Suçum çox,

 Gəl, əl ver barışaq, günahımdan keç.

 Sənsiz dolananda tək özümə yox,

 Atamın oğluna oxşamıram heç.

… Çeşmələr tamını itirir tamam,

 Zirvə cığırı da o cığır deyil.

 Nə mehriban bir səs, nə söz, nə kəlam…

 Qəlbim öz qəlbini yeyib elə bil.

…Şeirim, ayrılmışdıq, şeirim bağışla,

 Sənsiz min ümidsiz fikrə dalıram.

 Elə ki, görüşdük, bircə baxışla,

 Öz adım, öz atam, özüm oluram.

Bax, şeirin möcüzəsi belə baş verir, şair-sənətkar öz «mən»ini şeirdə tapır, özünüdərk, özünütapma prosesi hərəkətə gəlir… Və hər növbəti əsər də, bizləri, bir daha, Hidayətin kövrək hisslərinin şeiriyyət aləminə, İrəvanda qalmayan xalın nisgilli anlarına qaytarır, düşündürür, oxucu öz «mən»inə dalır, bizim içimizdə də özünüdərk, özünütapma prosesi baş verir, beləliklə bu möcüzəli poeziyanın sehrinə düşürsən…

Belə bir deyim var, mənim deyimim: «Özün olmasan, özgürlüyün olmaz!». Hidayət müəllim bir qələm əhli kimi kitablardan-kitaba, ildən-ilə, ədəbi mərhələdən-mərhələyə keçə-keçə yüksəlmiş  və bu yüksəliş yolunda onun zirvəyə yönəlik öz jığırı, öz yolu olmuş, həmişə özünü və özgürlüyünü zəmanənin «şeytani» daşlarından qoruyub saxlamışdır… Poeziyada, nəsrdə, dramaturgiyada, publisistikada – qələm toxundurduğu bütün canrlarda müvəffəq olmuş, belə demək mümkünsə, kamilliyə gedən bədii fikir  karvanının ləyaqətli və bajarıqlı sarvanı kimi «savannalardan», «qum fırtınalarının xortumlarından» ustalıqla keçmiş, gerçəyin reallıqlarına arxalanmış, ilğımlara, illüziyalara qapılmamışdır…

Hidayət  ictimai həyatda olduğu kimi, yaradıcılığında, xüsusən poeziyasında əlahiddə bir tərzdə həssasdır, tələbkardır, duyumludur, harmonikdir. O, müasir insan həyatının, duyumunun, yaşamının rəngarəng təzahürlərini əlvanlığı ilə görə, duya bilir və onları bajarıqla, istedadla şeirə gətirir, obrazlı təfəkkürün yeminə çevirir, poeziya ilə nəfəs alır, şeirə çevrilir:

Sinəmi tufana qalxan edirəm,

 Bir ömür yolunu tutub gedirəm…

 Gen yollar içində bəzən itirəm –

 Şeirin hər yükünü daşıyıram mən,

 Bir nəğmə yazıram…

 Yaşayıram mən.

Qəlbin arzuları – tər çiçək-çiçək,

 Çiçəkli nəğmədən doyarmı ürək?

 Kövrək uşaqlıqdan qojalığadək

 Şeir dəftərimi daşıyıram mən –

 Belə yaşayıram…

 Yaşayıram mən…

Qırx altı il bundan əqdəm – 1972-ci ildə qələmə alınmış bu şeiri, mən Hidayətin yaradıcılığının üvertürası hesab edirəm. Bu şeirdəki mətləb, həm şairin yaşam tərzidir, həm də poetik, ədəbi-estetik qayəsi, kredosudur. Sinəsini zəmanənin tufanlarına qalxan edərək şeir yükünü fəxarətlə daşıyan şair «Mən»idir, şeirinin fəhləsi olan şair «Mən»i! Bütün ağrılara, əzablara dözən şair ömrünün başqa bir əsərdə sərgilənən cizgiləri:

Peşəm?

 Qara fəhləyəm qardaş,

                     qara fəhlə

 Usta fəhlələr sırasına keçməmişəm hələ.

 Gözlərim – arzu yurdu,

 Ürəyim - qabar-qabar,

 Baxışımda, qəlbimdə

 Yuxusuz gejə «növbələrinin»

 Yorğunluğu, ajısı var.

 ...Nə taxta-şalban daşıyıram,

                           nə kömür,

 (Elə olsaydı, nə qəm!)

 Bu, başqa cür fəhləlikdir,

                            bu, başqa bir ömür!

 Şeir daşıyıram

               ürəyimdən yazılmamış varaqlara...

Hidayətin «bu başqa cür fəhləliyi və yaşadığı başqa cür ömrü», şair fəhləliyi səmərəli olur, öz bəhrəsini verir, bir-birinin ardınca «Məni səsləyəndə» (1970), «Məhəbbət qocalmır» (1973), «Bir az gözləyin məni» (1977), «Dənizi harayladım» (1978), «Ömrümün çəhlimləri» (1978), «Eviniz analı olsun» (1981), «Zirvə cığırı» (1982), “İrəvanda xal qalmadı” dramaturgiya, nəsr, publisistika, (1984), «Qatardan məktub» (1986), «Hərdən xatırla məni» (1988),  "Sabaha çox var” (1990), "Mən belə yaşayıram" (1991), «Doxsanıncı il» (1992), «Həsrət» (1995), “Hərdən xatırla məni” -seçilmiş şeirlər (1998), “Sözün vaxtı”-publisistika (1999), “Ömrümün çəhlimləri” - şeirlər və poemalar, (2002),  "Burdan min atlı keçdi"(2004), “Seçilmiş əsərləri”(2007), “Özüm yazmaq istərdim”-tərcümələr(2011), "Azərbaycanda din: ən qədim dövrdən bu günədək" – monoqrafiya (2012), “Seçilmiş əsərlər”, 7-cilddə (2012), bu cildlərə əlavə tərcümələrdən ibarət 2 cilddə - “Özüm yazmaq istərdim”(2012) və “Tom dayının daxması” (2012) və s. kitabları ərsəyə gəlir, Hidayətin poeportretinin əsas jizgilərini ehtiva edir, onun şair ömrünün görünən və görünməyən jəhətləri barədə doğru təsəvvür yaradır...

Tərcüməçilik fəaliyyəti Hidayətin yaradıcılığının diqqətçəkən istiqamətlərindən biridir. Onun qələmindən çıxmış ingilis, rus, island, türk, şotland, gürcü və s. dillərdən etdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin 80-90-cı illərində ayrı-ayrı kitablar şəklində, antologiyalarda, dövri mətbuatda işıq üzü görmüş və böyük maraq doğurmuşdur. U. Şekspirin "Sonu yaxşı bitən hər şey yaxşıdır" pyesini, H. B. Stounun "Tom dayının daxması" romanını, XIX əsrin ingilis, island poeziyasından nümunələri və bir sıra görkəmli rus və başqa xalqların yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmişdir. Hidayətin xarici dillərdə nəşr olunmuş «Mən belə yaşayıram» (rus dilində), «Axtariş», «Sənsiz» (gürcü dilində), «Sabaha çox var» (Dağıstan dillərində) və s. kitabları maraqla qarşılanmışdır. Əsərləri iyiyrmidən çox dilə çevrilmişdir. Təkcə, «Heydər Əliyev və Azərbaycanda milli siyasət» monoqrafiyası rus, ingilis, gürcü dillərində də nəşr edilmişdir... 

Bütün bu kitablar, yaradıcılıq fəaliyyəti  söz fəhləsi olan istedadlı bir sənətkarın, şairin, nasir və dramaturqun mənəvi-ruhi zənginliyini aydın ifadə edir. Bu kitablarda Hidayətin poeziyasının və eləjə də bütöv yaradıjılığının, şəxsiyyətinin yüksək vətəndaşlıq qayəsi, torpaq və dövlətçilik təəssübü, xalqımızın taleyüklü problemlərinə vətəndaş-şair  yanğısı, mərdanə ziyalı mövqeyi çox təbii, inandırıjı və qabarıq görsənir, bədii-poetik  sözün güjü ilə janlandırılır, şair ömrünün poetik səlnaməsinə çevrilir.

Hidayət müasir Azərbayjan ədəbiyyatında öz yeri, öz sözü olan ünvanlı, ünlü şairdir. Yəni, onun öz ünvanlı poeziya evi var – Hidayət poeziya evi… Elə Hidayətin çətin  qazanılan şairlik taleyinin xoşbəxtliyi budur. Çünki, Hidayətin taleyi şəxsi  tale çərçivəsindən çıxıb və müasir ədəbiyyatımızın, müasir mədəniyyətimizin, müasir  sosial-siyasi həyatımızın taleyi ilə çuğlaşıb… Əzan jümlə, xalqımızın taleyi ilə birikib! Və bütün bunlar onun şeiriyyətinin bədii-estetik mahiyyətinin, jövhərinin poetik düsturudur. Özü də, həyat həqiqətlərinin adi məntiqinə sığmayan, amma bədii məntiqin ölçü, sərhəd bilməyən məntiqi ilə düzənlənən poetik düstur:

Dünyanı yorardı adilik dərdi,

 Şikəst bir qojaya dönərdi zaman.

 İki dəfə iki dörd eləsəydi,

 Allahın özü də olmazdı,

                                     inan!

***

 … Əgər dörd eləsə, riyaziyyatdır,

 Əgər dörd eləsə, adi həyatdır.

 Əgər dörd eləsə, o sənət deyil,

 Ömür də, zəhmət də tamam hədərdir –

 Dünyadan ağırdır adilik dərdi!

Çətindir, olduqca ağrılı, əzablı bir yoldur yaradıcılıq yolu!.. Elə buna görə də, Hidayətin «Qatardan məktub»ları, «Vəfaya məktublar»ı, «Avtoportret»ləri, «Xəzərin ad günü», «Haqq, ədalət didərgin düşən» - «Doxsanıncı il» silsilələri, «Ömrüm çatacaqmı o şeiri yazam», «Dağlar, səndən enə-enə ucaldım», «Ömür monoloqu», «Araz qırağında doğuldum», «Mənim çaylarımın mənbəyi çeşmə», «Robert Fişerə açıq məktub», «Məmməd Araza məktub», «Poeziya, mənim sənə imtahanım var», «Əbədiyyət monoloqu», «Səməd Vurğun qitəsi», «Zirvə jığırı», «Təbrizə bomba atdılar», «Xəlil Rza», «Zəngəzurludur», «Köçmüş dağ kəndinin nəğməsi», «Maralzəmi», «Lermontovun duel yerində», «Balatondan məktub», «Hərdən xatırla məni», «Qara penjək» və digər onlarla şeirləri çətin yazıldığından, ağrılı-ajılı, sevincli-duyumlu, əzablı bir yaradıcılıq yolunun müsafirləri olduqlarından yüksək poeziya zövqünün sənət nümunələridir. Zövqü korlayan, fikri korşaldan şeir, demək olar ki, onun yaradıjılığında yoxdur!..

 Belə sənətkarlıq manerasına görə Hidayət həyatın gətirdiyi təzəliyi, yeniliyi məqamında, vaxtında, əksəriyyətdən önjə görür, duyur, dərk edir və bunu bədii sözə çevirir. O, gözəlliyin özəlliyini görə bildiyindən oricinal şair, söz əhli, qələm əhlidir, sözünün və qələminin sahibidir. Fərqi bundadır!

… Hər gün ürəyimdən bir qatar keçər –

 İnsanlar günbəgün yaxınlaşarlar

 Ömrün baharına, ömrün qışına,

 Çeşmələr çaylarla qujaqlaşarlar,

 O qatar çatammaz mənzil başına…

 Çünki bu yol söz yolu, poeziya yoludur, sevda yoludur. Hidayət özü demiş: «Bu elə qatardır, mənzil başına çatmağa sərnişin heç vaxt tələsmir». Və bu qatar poeziya qatarıdır, sərnişini oxucuları, maşinisti də Hidayətin özüdür...

   Hidayətin qələminin bir cəlbediji jəhəti də odur ki, o zövqə – kütləvi zövqə uyğun gələn mövzulara – tematikaya, fikrə, hissə, bədii üsullara, priyomlara uymur, zövqlərdən qabaqda, öndə getməyə jəhd edir. Zövqləri oxşamağa yox, zövqləri zənginləşdirməyə, hissləri jilalamağa istiqamət götürür. Yüksək intellektuallıqdan gələn zövqün sahibi olan insanın arzu və niyyətləri, sevinj və kədərləri, dünya, həyat, ölüm, səadət və məhəbbət, hürriyyət və müstəqillik, insanın bütün məqamlarda mənən hürr olması, mənəviyyatın, ruhun azadlığı, müvəqqəti olsa da itirilmiş və işğal olunmuş, əsrlər boyu parçalanmış, bölünmüş Vətən və torpaq nisgili Hidayətin lirikasının başlıja motivləri, aparıjı, kardinal mövzularıdır…

  Hidayətin şair şəxsiyyətində ijtimai-siyasi, sosial məsələlərə açıq münasibət, aşkar, aydın mövqe, haqq-ədalət yolundan dönməzlik, inam və əqidə sarsılmazlığı, ziyalı mərdliyi, hadisələrin perspektivini düzgün müəyyənləşdirmək bajarığı jəmlənir.

   Hidayət bir yaradıjı şəxsiyyət kimi qələmini ancaq xalqına, millətinə xidmət xatirinə işlədir. Milli və xəlqi mənafe, azərbayjançılıq onun yaradıcılığında xüsusi bir qüvvətlə, oricinal bir ahəngdarlıqla zühur edir,  əsərlərinin sücetində fəlsəfi-estetik ümumiləşdirmə, dinamik, ardıcıl mübarizə və mücadilə  ruhu onun poetik üslubunu şərtləndirən cəhətlərə çevrilir, həm də şeirinin vətəndaşlıq pafosunu müəyyənləşdirir:

Ümmanların fırtınası,

 Zirvələrin son qaşıyam.

 Bu günümün dünənimlə,

 Sabahımın bu günümlə

 Savaşıyam.

                   («Əbədiyyət monoloqu»)

 Bu, dialektik-dinamik prosesdir, həyat stimuludur, elə şairin özünün müəyyənləşdirdiyi kimi Zamana və eləjə də əbədiyyətə yönəlik bədii-estetik, poetik-fəlsəfi monoloqdur

Və bütün bunlar yüksək bədiiliklə, fikri dolğunluq və sərbəstliklə özəl, fərdi üslubda ehtiva olunur – Hidayətanə yozum axarına düşür…

Axarın həmişə güclü, şəlaləli, axar-baxarlı olsun Hidayət müəllim, şair, nasir, dramaturq, akademik Hidayət müəllimi 70 illik yubileyi münasibətilə ancaq bu dualarla qutlamaq olar... Dualarımız müstəcəb...

                                                                                                                              Qurban Bayramov,                                                                                                                                                                                                                         tənqidçi-ədəbiyyatşünas.  01.09.2014.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az