“Turizm haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Turizm haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb. Apa -nın məlumatına görə, qanuna əlavə edilən yeni 7-1.1-ci (Turizm vizası və turistlərə verilən elektron vizalar) maddəyə əsasən Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada viza ala biləcəklər.

Maddənin 7-1.2-ci hissəsinə görə turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən ediləcək.

7-1.3-cü hissədə isə deyilir ki, turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri və ya turizm yollayışı, yaxud sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) və Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunacaq.

Yeni maddənin 7-1.4-cü hissəsində göstərilir ki, Azərbaycana gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala biləcəklər.

7-1.5-ci hissədə bildirilir ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.

Maddənin sonuncu, 7-1.6-cı hissəsində isə bildirilir ki, Azərbaycana gəlmək üçün turistlərə elektron vizaların verilməsi qaydası Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az