Vaqif Mustafayevə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib

“Azərbaycan” kinoteatrında keçirilən tədbirdə Rusiya, Çin və Azərbaycan arasında memorandum imzalanıb.

Axar.az xəbər verir ki, memoranduma əsasən, üç ölkənin nümayəndələri müştərək olaraq rejissor Vaqif Mustafayevin ssenarisi əsasında film çəkəcək. Məsələ ilə bağlı danışan Vaqif Mustafayev filmin “Kambey” adlandığını deyib, lakin təfərrüatları barədə məlumat verməyib.

Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Hon-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.

Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.

Qeyd edək ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq artisti Amaliya Pənahova, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Orxan Fikrətoğlu, əcnəbi qonaqlar və başqa tanınmışlar iştirak ediblər.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2017

18.10.2017

Müsahibələr
Arxiv
Oktyabr 2017
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az