Azərbaycanlı rəssamın əsəri Fransada birinci oldu

Parisin yaxınlığında yerləşən Bulon-Biyankur şəhərində "Beaux-Arts" Cəmiyyətinin payız sərgisində azərbaycanı rəssam Məryəm Ələkbərlinin əsəri mükafata layiq görülüb.

Report məlumat verir ki, Məryəm Ələkbərlinin "Rosemarie çimərliyi" adlı əsəri sərgidə yer alan rəsm əsərləri içərisində ən yaxşı əl işi elan edilib.

Azərbaycanlı rəssam bu əsərini qeyri-standart ölçüdə (250/180) böyük ustalıqla ərsəyə gətirib. O, möcüzə dolu təbiət mənzərəsini kətan üzərinə canlı rənglərin improvizasiyası ilə, yüksək peşəkarlıqla köçürüb.

Təbiət mövzusuna həsr edilmiş sərgidə 60-a yaxın rəssam, heykəltəraş və fotoqrafın təbiətin ən ağlasığmaz möcüzələrini əks etdirən əsərləri nümayiş etdirilir. Sərgi noyabrın 22-dək davam edəcək.

Qeyd edək ki, "Beaux-Arts" Cəmiyyətinin əsası Fransanın tanınmış rəssam və heykəltaraşı, Parisdə ucaldılan bir sıra bürünc heykəllərin müəllifi Marsel Loyu tərəfindən 1934-cü ildə qoyulub

Çox oxunan xəbərlər
Son xəbərlər

24.11.2017

23.11.2017

Müsahibələr
Arxiv
Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az