Azərbaycana gətirilən kitab, qəzet və jurnalların gömrük rüsumları artırılır

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və paliqrafiya sənayesinin digər məmulatlarına tətbiq edilən idxal gömrük rüsumları dəyişəcək.

Mediainfo.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Gələn ildən çap edilmiş kitablar, broşürlər, vərəqlər və kitab şəklində bağlanılmış və ya ayrı-ayrı vərəqlər şəklində analoji çap materialları, illüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlərə tətbiq edilən idxal gömrük rüsumları artırılacaq. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu məmulatlara 3 faiz idxal gömrük rüsumları tətbiq olunur. Gələn il yanvarın 1-dən isə bu məmulatlara tətbiq edilən idxal gömrük rüsumları 5 faiz olacaq.

Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları. cildlənmiş və ya cildlənməmiş, illüstrasiyalı və ya illüstrasiyasız çap olunmuş və ya əlyazma notlar, çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar və qlobuslar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələrə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Gələn ildən aksizli malların aksiz markaları 5 faiz, banknotlar 0,50 faiz idxal gömrük rüsumundan azaddır. Ancaq köçürmə şəkillər (dekalkomaniya), çap olunmuş və ya şəkilli poçt açıqcaları, şəkilli və ya şəkilsiz, konvertli və ya konvertsiz, bəzəkli və ya bəzəksiz çap olunmuş təbrik, dəvətnamə və ya bildiriş kartları, qoparılan da daxil olmaqla, bütün növ çap olunmuş təqvimlər və çap olunmuş reproduksiyalar və fotolar da daxil olmaqla, digər çap məhsullarına tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az