Azərbaycanlı müğənnilər ən çox Rusiya toylarına dəvət alırlar

Müğənnilərin gəlir mənbəyi əsasən, toylardır. Yaşlı sənətkarlar toyda sənətin itdiyini iddia edərək bəzən müğənniləri qınasalar da, toy biznesi müğənnilərin vaz keçməsi olaraq qalır. Ifaçılar da etiraf edirlər ki, müğənni olaraq yaxşı qazanc əldə etsələr, toylarda oxumazlar. Son illər isə yerli müğənnilər xarici ölkələrdə baş tutan el şənliklərində tez-tez görünür.

Iştirak etdikləri məclisin uzaqda olmasına görə də böyük məbləğdə qonorar alırlar. Hətta, onlar etiraf edir ki, xarici ölkələrə gedərkən qonorarı dollarla alırlar. Bir neçə il öncə xalq artisti Bilal Əliyev də  bildirmişdi ki, əsasən, xarici ölkələrdə toylara gedir və bir məclisdən 120 min manat qonorar alıb.

Bəs, hansı müğənni hansı ölkəyə toya dəvət alır?

Musavat.com müğənnilərin toy üçün üz tutduğu xarici ölkələri sıralayıb. Azərbaycanlı müğənnilər daha çox səhnəyə çıxdığı ölkə Rusiyadır. Rusiyada toy edən azərbaycanlılar öz məclislərində Rəqsanə İsmayılovanı görmək istəyirlər. Hazırda, Rəqsanə Moskvada restoran da açıb. O, öz məkanında həm oxuyur, həm təşkilatçılıq edir.

Müğənni Aygün Kazımova, əməkdar artist Röya, Ədalət Şükürov, Nuri Sərinləndirici, Damla, Talıb Tale, Elton Hüseynəliyev, Nadir Qafarzadə də Rusiyaya tez-tez üz tutan müğənnilərdəndir.

Nuri Sərinləndirici məclisi duet ortağı Jane ilə birlikdə aparır. Son günlər onların “Həyatıma xoş gəldin” dueti toyların bəzəyidir.

Müğənnilər Damla, Talıb Tale, Vasif Əzimov, Pərviz Bülbülə həm Rusiyaya, həm Qazaxıstana məclislərə gedir. Damla özü də etiraf edir ki, onu əsasən xarici ölkələrdə və Azərbaycanın rayonlarında sevirlər. 

Müğənni Ədalət Şükürov Rusiya ilə yanaşı Dağıstanda da toylarda səhnəyə çıxır.

Müğənni Üzeyir Mehdizadə isə Özbəkistana tez-tez dəvət alır. Demək olar ki, Özbəkistanda toy aparan yeganə müğənnidir. Hazırda isə o, Türkiyədə sevilməyə başlayıb. Onun mahnıları brend mağazalarda səsləndirilir. Azərbaycanlı gəlin namizədi Naz Mila da sosial şəbəkədə müğənninin mahnılarını paylaşır.

Müğənni Xəyyam Nisanov da xarici ölkələrə üz tutan müğənnilərdəndir. O, Moskvada, İsraildə baş tutan toylarda çıxış edir. 

 
Çox oxunan xəbərlər
Son xəbərlər

19.07.2018

18.07.2018

17.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az