Baş naziri güllələmək istəyən Xalq yazıçısı

Mediainfo.az “ Kulis.az-a istinadən "Maraqlı adamlar” layihəsindən Yusif Səmədoğlu haqda əhvalatları təqdim edir.

Şair Zakir Fəxri evdə it saxlayan Xalq yazıçısı Yusif Səmədoğlugilə tez-tez gedirmiş. Bir gün Zakir yenə Yusifgilə gedir. Bu vaxt Yusif itinə kotlet qızartdırırmış. Qapıda qonağı görən yazıçı onunla zarafatlaşmaq üçün mətbəxdə işləyən aşpaza səslənir:

- Kotleti bol elə, Zakir Fəxri də gəldi.

***

Yusif Səmədoğlu nəşriyyatların birində şair-publisist Zülfüqar Rüfətoğlu ilə rastlaşır. Rüfətin yanında çox miskin görkəmli, yoxsul, hansısa qəzetdə korrektor işləməklə dolanan bir şair də varmış. Yusif  müəllimlə səmimi görüşür və aralanır. Yusif müəllim Zülfüqardan soruşur:

- Bu kimdir?

Zülfüqar:

- Şairdir.

Yusif Səmədoğlu:

- Hiss elədim. Adamı yalnız şeir bu günə qoya bilər.

 

***

Bilənlər bilir ki, Yusif Səmədoğlu danışanda kəkələyirmiş. Bir gün gözəl bir xanım ona yanaşıb, səhhətindən şikayətlənir. Yusif müəllim deyir:

- Sən tez-tez dududuş qəbul elə.    

***

Yusifin məşhur “Qətl günü” romanı çapdan çıxanda dostları uğurlu əsər üçün ondan qonaqlıq istəyirlər. Yazıçı birdən-birə çox xərcə düşməsin deyə müxtəlif vaxtlara üç-dörd adamlıq məclis planlaşdırır. Amma hər dəfə arası olmayan qələm adamlarını bir siyahıya salır. Heç kim gəlmir. Yusif müəllim eyhamla gülümsünüb şikayətlənir:

- Qəribədir, qonaqlıq verirəm, heç kim gəlmir.

 

 

***

Çoxu bilmir ki, Yusif Səmədoğlu bir müddət qardaşı Vaqif Səmədoğludan küsülü gəzib. Hətta onu yubileyinə də dəvət etməyib. Səbəbsə, Vaqifin çox içməsi olub.

***

Yusif Səmədoğlu “Ulduz” jurnalının baş redaktoru olanda ona bir gəncin şeirlərini tapşırırlar, salır nömrəyə. Mətbəədə məsul katib Zakir Fəxri şeiləri çıxarır. Jurnal çapa imzalananda Yusif müəllim təzədən o şeirləri əlavə edir. Çapa gedəndə Zakir Fəxri yenə çıxardır. Jurnal çap olunandan sonra Yusif müəllim şeirləri səhifələrdə görmür və əlini dizinə çırpır:

- Pahatonnan! Baş redaktor olasan, işlədiyin jurnalda şeir verə bilməyəsən!    

***

Hamının müasir insan kimi tanıdığı Yusif Səmədoğlu qısqanclıqdan həyat yoldaşını işləməyə qoymayıb.

***

90-cı illərdə professor Qəzənfər Paşayev Xalq Cəbhəsinin liderlərindən olan Yusif Səmədoğluna deyir:

- Niyə prezidentliyə namizədliyini vermirsən?

Yusif müəllim cavab verir:

- Qorxuram namizədliyimi verəm, seçiləm. Bəs sonra neyləyərəm?

 

***

90-larda müştərilərin pulunu alıb qaçan “Vahidbank”da yazıçı Natiq Rəsulzadənin də xeyli pulu batır. Harayını Yusif müəllimə aparır:

- Az qalıram özümü öldürüm, mənnə necə kömək edə bilərəm?

Milli Məclisin deputatı olduğu üçün tabelli tapança gəzdirən Yusif Səmədoğlu silahı çıxarıb stolun üstünə qoyur:

- Sənə köməyim yalnız bu ola bilər ki, silahımdan istifadə edə bilərsən! 

***

Pənah Hüseyn baş nazir olan vaxt qərara alır ki, Azərbaycan Yazıçılar Birliyinin binasını Türkiyə səfirliyinə versin. Yusif Səmədoğlu ona zəng edir:

- Sən AYB-nin binasını yazıçılardan alsan, səni tüfənglə vuracam! 

***

Çoxu yəqin bilmir ki, ustad aşıq Ədalət Nəsibovun tanınmasında Yusif Səmədoğlunun böyük rolu olub. Söhbət təkcə “Yeddi oğul istərəm” filmindəki məşhur epizoddan getmir. Onu, demək olar ki, bütün mədəni elita ilə Yusif tanış etmişdi. 

 

***

Aşıq yaradıcılığını Yusif müəllimin qəribə sevgisi olub. O, yarımçıq qalan romanına ad olaraq məşhur aşıq şeirlərindən birinin misrasını seçmişdi: “Deyilənlər gəldi başa...”

***

“Azərbaycan” jurnalında işləyən Seyran Səxavət baş reaktor Yusif Səmədoğlunun işə gəlmədiyini görüb Moskvaya qaçır. Ordakı dostları ilə yeyib-içmək üçün Qorki adına Ədəbiyyat İnstitutunun restoranına girəndə baxır ki, Yusif müəllim burda oturub. Yayına bilmir, ona yaxınlaşıb deyir:

- Yusif müəllim, Füzuliyə getməliyəm, gəldim sizdən icazə alam.

Yusif müəllim gülür, onu dostları ilə birlikdə stola dəvət edir və deyir:

- Amma məni burda görməmisən haaa!!!    

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

25.09.2018

24.09.2018

23.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az