Xərçəngi məhv edən bitkinin adı açıqlandı

Amerika onkoloqları ilə birgə Vaşinqton universitetinin biomühəndisləri nəhayət ki, bədxassəli xərçəng hüceyrələrini məhv edə bildiklərini söyləyiblər.
 
Bu barədə fito-terapevt Elnur Rəhimov məlumat verib. O, qeyd edib ki, mütəxəssislər bu möcüzəvi təsiri birillik yovşan bitkisində tapıblar. Tədqiqatlar göstərdi ki, birillik yovşan bitkisi 98%-ə qədər xərçəng hüceyrələrini 16 saat ərzində məhv edə bilir. Vaşinqton Universitetinin kimyaçı mütəxəssisi Tomikasu Sasaki qeyd edib ki, birillik yovşan sanki bomba kimi düz xərçəng hüceyrələrinin tam mərkəzinə – episentrinə düşərək onları məhv edir. Həmin universitetin digər bir mütəxəssisi Henri Lay isə bu zaman bitkinin təsir effektinin "Troya atı” kimi hərtərəfli işlədiyini vurğulayıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onu da qeyd edək ki, 1972-ci ildə Çin farmakoloqu Tu Yuyu seskviterpen laktonu olan artemizinin əldə edib. Lakin 2015-ci ildə məhz bu alim artemizinini malyariya xəstəliyinin müalicəsində tətbiq edilən dərman preparatının əsas tərkib hissəsinə daxil edərək yüksək effektivliliyə nail olduğuna görə, tibb sahəsində Nobel mükafatına layiq görülüb.
 
Lakin bu kəşfə baxmayaraq, hələ də alimlər müalicənin tam təsdiq edilməsi sahəsində araşdırmalar aparır, gələcəkdə bu maddə əsasında dərman hazırlayıb kütləvi xərçəng xəstələrinin müalicəsində tətbiq etməyi düşünürlər.
Çox oxunan xəbərlər
Son xəbərlər

20.06.2018

19.06.2018

18.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az