3 il stajı olan elmi işçilər güzəştli şərtlərlə mənzil ala biləcəklər

Prezident İlham Əliyevin 21 iyul 2017-ci il tarixli fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni “ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.

Mediainfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, fərmanı icra etmək məqsədilə ötən müddət ərzində MİDA “Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilərin təqdim etməli sənədlər müəyyənləşdirilib, habelə aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti “Elm haqqında” 14 iyun 2016-cı il tarixli qanunda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısını müəyyən edib. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər.

Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində “Tələb olunan sənədlər” bölməsində tanış olmaq mümkündür.

Nazirlər Kabinetinin təqdim etdiyi siyahıya daxil olan elmi müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə bu gündən etibarən “Elektron İmza” və yaxud “Asan İmza”dan istifadə edərək müraciət edə bilərlər.

Eyni zamanda, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmətin göstərilməsi də davam etdiriləcək.

“Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olacaq elmi işçilər daha öncə elektron kabinetə sahib omuş digər şəxslərlə bərabər hüquqlara malik olacaqlar.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az