Təbriz universitetində "ana dili aksiyası" keçirilib

Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələri "ana dilində təhsil tələbi ilə etiraz aksiyası keçirib", iranlı fəal deyir.

Kanadada yaşayan İran azərbaycanlısı, hüquq müdafiəçisi Vahid Qarabağlı BBC Azərbaycancaya deyib ki, həftənin çərşənbə axşamı universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris olmasını tələb ediblər.

"Bu tələb İran Azərbaycanında İslam inqilabından sonra aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər", o əlavə edib.

Vahid Qarabağlı deyir ki, indiki İran prezidenti Həsən Ruhaninin vədləri arasında İranda yaşayan etnik xalqların öz dilində təhsil ala biləcəklərini və onların mədəniyyətlərinin qoruyub inkişaf etməsinə diqqət ayrılacağı da vardı:

"Ona görə də aksiyada şüarlardan biri də bu idi ki, "Ruhani, Ruhani, vədlərin hanı?

Şahid Mədəni Azərbaycan Universitetindən BBC Azərbaycancaya danışan, adının çəkilməsini istəməyən tələbə deyir ki, hər zaman dinc aksiyalar keçirib onları narahat edən məsələlərə münasibət bildirə bilərlər.

Tələbə qeyd edir ki, Azərbaycan dili və ədəbiyyatı fənni yalnız Təbirzdə bir universitetdə öyrədilir, Marağa, Binab, Urmu universitetlərdə isə seçmə fənn kimi təklif olunur.

"Orta məktəblərdə tədris ana dilində deyil. Biz bunu tələb edirik, universitetlərdə Azərbaycan dili tədrisinin artırılmasını istəyirik".

BBC Azərbaycancaya danışan təbrizli tələbələr deyirlər ki, "ana dilində tədris haqqını əldə etməyənədək" onlar dinc mübarizələrinə davam edəcəklər.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az