Faiq Ələkbərli İstanbulda 8-ci Dünya İslam Forumuna iştirak edib


 
Türkiyənin İstanbul şəhərində Türkiyə Asiya Strateji Araştırmalar Mərkəzinin (TASAM) və İslam İş Birliyi təşkilatlarının rəhbərliyi ilə 8-ci Dünya İslam Forumu keçirilib.

Bu barədə Mediainfo.az-a TASAM-ın dəvətlisi olaraq Foruma qatılan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli verib. Faiq Ələkbərli bildirib ki, Forumda İslam dünyasına aid bir çox ölkələrin, yəni Qazaxıstan, Türkiyə, Tatarıstan, Malaziya, S.Ərəbistan, BƏƏ, Hindistan, Sudan, İordaniya, Fələstin, Misir, Banqladeş, Qatar və başqalarının alimləri ilə yanaşı Azərbaycandan da nümayəndə həyəti.iştirak edib. 

Forumu giriş sözləri ilə TASAM başqanı Süleyman Şensoy, Beynəlxalq Afrika Universiteti rektoru, prof. Kamal Muhammed Obeid, Milli Türk Tələbə Birliyi başqanı, millət vəkili İsmail Əmrah Qarayel, Pakistan Dini İşlər naziri Sərdar Muhammed Yousaf, Əfqanistan Həcc və dini işlər naziri Faiz Mohammad Osmani, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və başqaları çıxış edərək İslam ölkələrinin bütün sahələrdə iş birliyinin necə və hansı formalarla gücləndirməsinin vacibliyindən bəhs etdilər. 

Forumda “Türk-İslam dünyasına çağırılar və cavablar” mövzusunda məruzə edən Azərbaycan alimi Faiq Ələkbərli bildirib ki, İslam dünyasının problemlərindən danışarkən üç əsas məsələyə: 1) milli kimlik, 2) dini kimlik, 3) insani ya da bəşəri-dünyəvi kimliyə hansı yönlərdən yanaşılması çox önəmlidir. Onun fikrincə, bütün bunların doğru anlaşılması üçün bir neçə amilə çox ciddi şəkildə diqqət yetirilməlidir. F.Ələkbərli: “Birincisi, müsəlman xalqlarının, xüsusilə onun mütəfəkkirlərinin islamqədərki dövrdə Yaradana, Allaha baxış ilə İslam dinini qəbul etdikdən sonra Yaradana baxışı arasındakı ziddiyyətləri və oxşarlıqları dərindən təhlil edib uzlaşdırıcı nöqətlərin tapılmasıdır. Ikincisi, müsəlman xalqlarının hər birininin milli adət-ənənələri ilə İslam dininə aid qayda-qanunların, xüsusilə Qurani-Kərim və hədislərlə nə dərəcədə ziddiyyət təşkil edib etməməsini tədqiq edib yenə də uzlaşdırmadan çıxış edilməsidir. Çünki hər bir müsəlman xalqı İslam dininin qayda qanunlarına əməl etməklə yanaşı, milli adət-ənənələrindən də tamamilə imtina etməmişdir. Üçüncüsü, 16-17-ci əsrlərə qədər mövcud olan və İslam mədəniyyəti altında ümumiləşdirilən müsəlman xalqlarına aid əsasən milli mədəniyyətləri inkar etməməklə yanaşı yenilikçi, dünyəvi, bəşəri ruhlu İslam mədəniyyəti ilə, həmin dövrdən sonra meydana çıxmağa başlamış gerilkçi, sxolastik, dar mahiyyətli “İslam mədəniyyəti”ni bir-birindən fərqləndirmək lazımdır. Mənə elə gəlir ki, məhz daha çox 16-17-ci əsrlərdən sonrakı sxolastik, məhdud anlamdakı “İslam mədəniyyəti”nin nəticəsində müsəlman xalqları ciddi problemlər yaşamağa başlamışdır. Bir sözlə, bu dövrdən etibarən “İslam mədəniyyəti”ndə yenilik qapıları bağlandığı halda, xristian dünyasına aid ölkələrdə isə yenilik qapıları açılmışdır”.

Faiq Ələkbərliyə görə, dördüncüsü, hazırda müsəlman xalqlarında əsas problem Qurani-Kərimin və hədislərin mahiyyətini dərindən anlamamaq ya da rasional düşünməməklə bağlı deyil, onların hansı formada həyata keçirilməsində ciddi boşluqlar vardır. Azərbaycan aliminə görə, son əsrlərdə İslam ölkələrində yaşanan problemlərin kökündə də İslam qayda qanunlarının dünyəvi xarakterinin azalması, eyni zamanda hər bir müsəlman xalqlarının özünəməxsusluqlarının inkar edilməsi məsələləri dayanır. Onun fikrincə, vaxtilə Azərbaycan türk mütəfəkkiri Cəmaləddin Əfqani bütün bunlardan çıxış yolu kimi, milli, dini və bəşəri kimliyin necə bir arada tutulmasının düsturunu versə də, ancaq hələlik, İslam dünyası bundan yetərincə yararlanmamış, üstəlik Qərb mədəniyyətinin təsiri altına düşmüşdür: “Mən də, İslam dünyasında yaşanan bütün problemlərdən çıxış yolunu milli, dini və insani-bəşəri kimliyin bir arada tutulmasında görürəm. Acaq biz bu məsələləri Qərb mədəniyyəti çərçivəsində deyil də, öz milli, dini və insani-bəşəri dünyagörşümzə görə dəyərləndirməli, İslam dünyasına aid ölkələrin problemlərinin həllində də gerçəkçi və səmimi olmalıyıq. Bir sğzlə, biz yalnız islamiyyəti deyil, milliyyəti, insaniyyəti də doğru dəyərləndirib doğru da idrak etməliyik. Çünki onların hər birininin hər hansı müsəlman xalqının həyatında özünəməxsus yeri vardır”.
Faiq Ələkbərli İstanbulda 8-ci Dünya İslam Forumuna qatılıb
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

23.09.2018

22.09.2018

21.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az