İlahiyyatçı QMİ-ni şəriət qanunlarını pozmaqda günahlandırdı

QMİ-nin nisyə Həcc ziyarəti elanına ilhiyyatçıdan CAVAB: "Bu turizm biznesi deyil!"

Xəbər verdiyimiz kimi, ölkəmizdən bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilib. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.

Maraqlıdır, kreditlə, borc götürməklə, nisiyə Həcc ziyarətinə getmək düzgündürmü?

Bu barədə Unikal.org-a açıqlama verən ilhiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, nisyə, borclu qalaraq Həcc ziyarətinə getmək islam dinində düzgün deyil və bu ziyarət normal qəbul edilmir:

”Ehtiyacı olan insanın borclu qalıb, Həccə getməsi, Quranda şərtlərin pozulması deməkdir. Bu o deməkdir ki, həmin şəxsin ziyarətə getməyə imkanı yoxdur. Özünü maddi baxımdan çətinliyə salıb, ziyarətə getmək dinimizdə qəbul edilmir. Borclu qalaraq ziyarətə getməyi dinimiz məqbul hesab etmir”.

İlahiyyatçı hesab edib ki, Həcc missiyası ilə məşğul olanlar bu məsələyə həssas yanaşmalıdırlar:

"Çünki, bu sıradan turizm biznesi deyil. Bu ziyarətə görə, yüksək məbləğlərin təyin olunması da günahdır. Müqəddəs kitabımızda buyurulur ki, hər bir müsəlman ildə bir dəfə Həcc ziyarətinə gedə, maddi və mənəvi şərtlərə əməl edirsə, Kəbə evini ziyarət edə bilər”.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2018

18.06.2018

17.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az