“Qadınlara çətindir, xüsusən musiqiçi xanımlarına...” – Xalq artisti

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Verilişin bu dəfəki qonağı xalq artisti, professor Mənsum İbrahimov olub.

Verilişdə xalq artisti Novruz adət-ənənələrindən danışarkən uşaqlığını xatırlayıb: “Novruz bayramı məni həmişə uşaqlığıma aparır. Uşaqlığım Qarabağda keçib. Orda çərşənbələrdə tonqallar qalanar, evlər təmizlənər, insanlar yenilənərdi”.

Qadınlarımızdan danışan xalq artisti xanımların fədakar olduğunu vurğulayıb: “Bizim xanımlarımız fədakardır. Xüsusən, musiqiçi xanımı olmaq çox çətindir”.

Qarışıq rəngləri sevmədiyini bildirən muğam ifaçısı milli geyimlərə üstünlük verir: “Bəzi geyimlərdə rənglər bir-birinə qarışır, çox şit görünür. Amma son zamanlar toylarda qədim kinolarımızdan milli rəqsləri götürüb, aranjiman edib oynayırlar”.

İnsan inkişaf etsə də, kökünə qayıtmalı olduğunu deyən Mənsum İbrahimov ultra-müasirliyi tənqid edib. Onun sözlərinə görə, insanın mayasında millilik olmalıdır: “Neft sabah qurtara bilər, milli dəyərlər isə bitib tükənməli deyil”.

Verilişdə Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə musiqilər ifa edib.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.

Teleqraf.com
Çox oxunan xəbərlər
Son xəbərlər

16.07.2018

15.07.2018

14.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az