Azərbaycana gələn turistlərin sayı artmaqda davam edir

Azərbaycana bu ilin son 3 ayı ərzində gələn turistlərin sayı ötən ilin analoji dövrünə nisbətən 12,5 faiz artıb.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycana bu ilin son 3 ayı ərzində gələn turistlərin sayı çox normaldır:

"Bu ilin mart ayında da ölkəyə gələn turistlərin sayında artım müşahidə olunub. Bu artım ötən ilin martına nisbətən təxminən 13 faiz olub. Bu il Novruz bayramında Azərbaycana çox sayda turist gəlmişdi. Novruz bayramında Mədəniyyət və Turizm Nazirliyi, Milli Təbliğat Bürosu tərəfindən çoxsaylı tədbirlər keçirilib".

Ə.Qarayev qeyd edib ki, bu tədbirlərdə 1 - 1,5 milyondan çox şəxs iştirak etdi: "Bu, olduqca yaxşı rəqəmdir. Hesab edirəm ki, biz turizmin inkişafında düzgün istiqaməti tutmuşuq".

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az