AZƏRBAYCANLI RƏSSAMIN ANKARA UĞURU

Novruz bayramı ərəfəsində (15-18 mart) Ankara şəhərində dördüncü dəfə keçirilən “ArtAnkara” müasir sənət satış-sərgisində alıcı-sənətsevər marağına səbəb olan bir-neçə eksponatdan biri də Azərbaycan təmsilçisi-gənc rəssam XAQAN BAYRAMOVUN əsəri olmuşdur. Onun yağlı boya ilə çəkdiyi “Gecə işığında portret (“İntizar”)” əsəri Ankaralı kolleksiyaçı tərəfindən alınmışdır.
Qeyd edək ki, əvvəlki illər kimi bu il də bu sənət baxışında duyulası qələbəlik hiss olunmuşdur. Belə ki, yarmarkanın zənginliyi birmənalı olan ekspozisiyasına 50-yə yaxın qalereyanı təmsil edən təsviri sənət ustalarının 3 minə qədər əsəri daxil edilmişdir. Burada dünya incəsənətində mövcud olan ən yeni bədii tendensiyaların yaddaqalan nümunələrinə rast gəlmək mümkün idi. Əvvəlki illərdən fərqli olaraq 4-cü Beynəlxalq müasir sənət yarmarkasında Azərbaycan ayrıca qalereya ilə təmsil olunmuşdu. Respublikamızda təsviri sənət sahəsində müşahidə olunan yaradıcılıq axtarışlarını beynəlxalq aləmə təqdim etmək kimi missiyanı öz üzərinə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Araz” qalereyası götürmüşdü. Qalereya sənətsevərlərə Orxan Hüseyn, Xaqan Bayramov, Əbülfəz Fərəcoğlu və Məmməd Şirzadın əsərlərini təqdim etmişdi.
Gənc rəssam Xaqan Bayramovu əldə etdiyi uğur münasibətilə təbrik etməklə, bildirmək istəyirik ki, o, hazırda İ.Y.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının son kursunda təhsil olur. Bu ilin yayında Azərbaycan musiqisi mövzusunda diplom işi müdafiə edəcəkdir. Ona bu işində də müvəffəqiyyətlər arzulayırıq!

Ziyadxan Əliyev
“Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri

Mediainfo.az

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az