“İdeal müəllim” kitabının təqdimatı keçirilib

Mayın 12-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat və informatika kafedrasının riyaziyyat müəllimi Bəhman Məmmədovun "İdeal müəllim" kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda Azərbaycanın tanınmış ziyalıları, ictimai xadimlər, jurnalistlər, Bakı Mühəndislik Universitetinin prorektor və müəllimləri, tələbələr iştirak ediblər.

Kitaba Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və professor Azadxan Adıgözəlov rəy veriblər.

Təqdimat mərasimində çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, “İdeal müəllim” nəşri gənc müəllimlərin stolüstü kitabı olmalıdır. Çünki burada müəllimin şagirdlərlə necə davranması, hansı prinsiplər əsasında münasibətlər qurması, ümumiyyətlə, tədris prosesinə necə yanaşması məsələləri öz əksini tapıb.

Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov deyib ki, yeni savadlı, tərbiyəli gənc nəslin yetişdirilməsində bu kitab əhəmiyyətli rol oynaya bilər.

BMU-nun digər prorektoru Elçin Süleymanov "İdeal müəllim" kitabının məziyyətlərindən danışaraq, savadlı və intellektual gənc nəslin yetişməsində müəllimlərin üzərinə düşən məsuliyyətdən söz açıb.

Çıxış edən digər tədbir iştirakçıları da kitabla və müəlliflə bağlı xoş fikirlərini ifadə ediblər.

Kitabın müəllifi Bəhman Məmmədov “İdeal müəllim”in təhsil ictimaiyyəti tərəfindən də maraqla qarşılanacağına ümidvar olduğunu deyib.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

22.10.2018

21.10.2018

20.10.2018

19.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az