Azərbaycanda əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır

lin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. /Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

20.05.2018

19.05.2018

18.05.2018

Müsahibələr
Arxiv
May 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az