Yaxın iki gündə hava şəraiti dəyişəcək, yağış yağacaq

Yaxın iki gündə respublikamızın ərazisində hava şəraiti dəyişəcək, yağış yağacaq.

Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə  3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında da iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.06.2018

18.06.2018

17.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az