Azərbaycanda məktəbli xeyli pul tapdı və...

Zərdab rayonunda yerləşən “Zərdabi Yolu” tədris mərkəzinin 11-ci sinif şagirdi Səyyad Rəsulov nümunəvi hərəkəti ilə diqqət çəkib.

Mərkəzin müəllimi Səbuhi Musayevin Axar.az-a verdiyi məlumata görə, şagirdi S.Rəsulov təhsil aldığı kursun qarşısından 400 manat məbləğində pul tapıb və sahibini tanımadığı üçün müəllimlərinə verib. Axtarışlardan sonra pulun həmin məktəbin digər müəllimi İsmayıl Zeynalova məxsus olduğu üzə çıxıb:

“Səyyad mənə dedi ki, kursun önündən 400 manat tapmışam. Əvvəl elə bildim, zarafat edir. Sonra pulu mənə verdi. Digər müəllimlər də yanımızda idi. Qərara gəldik ki, səbirli olub gözləyək. Sonra məlum oldu ki, 41 ildir müəllim işləyən İsmayıl Zeynalov adlı müəllimə məxsus imiş”.

Səbuhi Musayev həmin şagirdin hərəkətinin digərlərinə də nümunə olduğunu bildirib:

“Mən şagirdimizə, onun valideynlərinə minnətdaram”.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2018

17.06.2018

16.06.2018

15.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az