Jurnalistlər üçün gömrük mövzusunda seminar keçirilir

İyunun 13-də Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar başlayıb.

Mediainfo.az saytının verdiyi xəbərər görə, Dövlət Gömrük Komitəsinin təşkil etdiyi ikigünlük seminar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulub.

Tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin rəhbəri Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu xüsusi vurğulayıb, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Sonra söz Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevə verilib. Komitə sədri son dövrlər gömrük sahəsində baş verən müsbət dəyişikliklər barədə danışıb, görülən işlərə nümunə kimi infrastrukturun yenilənməsi, islahatların aparılması, elektron xidmətə keçid və gömrük işində şəffaflığın artırılmasını qeyd edib.

Azərbaycan dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidmətinin önəmli mövqeyə malik olduğunu bildirən Səfər Mehdiyev, gömrük tarixindən bəhs edib və onun keçdiyi şərəfli yol barədə məlumat verib.

Səfər Mehdiyev Azərbaycan gömrük xidmətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan danışıb, ulu öndərin təməlini qoyduğu davamlı inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirildiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə xüsusi diqqət yetirdiyini bildirən Komitə sədri, o cümlədən, iş prinsipinin media ilə açıq və şəffaf əməkdaşlıq etmək üzərində qurulduğunu söyləyib. Səfər Mehdiyev "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminarın da qarşıda duran vəzifələrə nail olmaqda töhfə verəcəyinə əminliyini ifadə edib və bildirib ki, seminarda media nümayəndələrinə gömrük xidmətinin çoxşaxəli fəaliyyətilə yaxından tanış olmaq, gömrük işinin təşkili barədə dolğun bilgi qazanmaq imkanı yaradılacaq.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatıƏflatun Amaşov seminarın ilk növbədə cəmiyyət üçün əhəmiyyətinə diqqət çəkib, eyni zamanda, həm media, həm də gömrük xidməti üçün faydalı olduğunu vurğulayıb. Şura sədri qeyd edib ki, bu seminar jurnalistikanın əsas problemi olan ixtisaslaşma probleminin həllinə bir dəstəkdir və jurnalistlərə nə qədər çox bilgi veriləcəksə, gömrük sahəsində həyata keçirilən islahatlar barədə də cəmiyyət bir o qədər məlumatlı olacaq.

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı isə bildirib ki, medianın istənilən sahədə maarifləndirmə işlərini aparması üçün ilk növbədə jurnalistlər bu sahədən məlumatlı olmalıdır. Lakin indiyə qədər gömrük sahəsi ilə bağlı istər qanunvericilik, istərsə də ən müxtəlif məsələlərin dəqiq işıqlandırılmasında mediada müəyyən yanlışlıqlara yol verilir. Bu sahə ilə bağlı jurnalistlərin heç olmasa ilkin biliyə yiyələnməli olduğunu söyləyən Vüsalə Mahirqızı, bunun üçün sahə mütəxəssislərinin rəylərinə böyük ehtiyac duyulduğunu bildirib və bu kimi seminarların gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

"Trend" informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev isə Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Komitə dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. Baş direktorun müavini seminarın işinə uğurlar arzulayıb.

Sonra seminar başlayıb.

Seminarı Dövlət Gömrük Komitəsinin mütəxəssisləri aparır.

Öncə iştirakçılara Dövlət Gömrük Komitəsinin Analitik şöbəsinin rəisi Vüqar Əliyev müstəqil Azərbaycan gömrüyünün yaranma tarixi, gömrük işinin fəlsəfəsi, Dövlət Gömrük Komitəsinin strukturu, ixtisaslaşmış ərazi gömrük idarələri, gömrük postları haqqında məlumat verib.

Sonra DGK Hüquqi Təminat şöbəsinin rəisi Sənan Muxtarov jurnalistləri Azərbaycan Respublikasının gömrük qanunvericiliyi barədə məlumatlandırıb.

Öz növbəsində, DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov gömrük nəzarətinin təşkili sahəsində təqdimat keçirib, gömrük nəzarəti metodları və vasitələrindən danışıb.

DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Gömrük statistikasının təşkili və təhlil şöbəsinin rəisi Əzizağa Əhmədov isə gömrük statistikasının aparılması qaydaları, metodologiya, statistik məlumatların yerləşdirilməsi və istifadə üsulları barədə bilgi verib.

Daha sonra DGK Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisiƏzizağa Hüseynov gömrük orqanlarının həyata keçirdiyi fiskal siyasətdən bəhs edib, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Güloğlan Muradlı isə gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərlə bağlı təqdimat keçirib.

Bütün mövzular üzrə jurnalistlərin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Bununla da seminarın birinci iş günü başa çatıb.

Seminar iyunun 14-də davam edəcək

Çox oxunan xəbərlər
Son xəbərlər

18.06.2018

17.06.2018

16.06.2018

15.06.2018

Müsahibələr
Arxiv
Iyun 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az