Sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir

Sabah respublikamızın ərazisində hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mediainfo.az saytının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30,  Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyunun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

 Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

 Azərbaycanın rayonlarında

İyunun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az