Bakıda polislər xəstə qadına tibbi yardım göstəriblər

Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib.

Mediainfo.az  "Report"-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Yaşlı qadın Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindən burnundan qan gəlib. Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər. 

Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.

Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığını mobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Nərimanov Rayon Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

15.06.2019

14.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az