Anomal istilər iyulun 2-dək davam edəcək

Son bir neçə gündür ki, ölkədə anomal isti hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sə­rvətlər Nazirliyinin ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin ­müdiri Umayra Tağıyev­a Lent.az-a bildirdi ki, bunun səbəbi Şimali Afrikadan cənub qərb axınları ilə qızmar hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır: “Bu proses iyulun 2-dək davam edəcək. Havanın temperaturu hazırda iqlim normasından 6 dərəcə yüksəkdir. Maksimal temperatur paytaxtda 35-40 dərəcə intervalında gözlənilir. Aran rayonlarında artıq 42 dərəcə qeydə alınıb. Bəzi rayonlarda isə temperaturun 43 dərəcəyə yüksəlməsi gözlənilir. Qeyd edim ki, anomal istilərlə bağlı nazirlik tərəfindən əvvəlcədən xəbərdarlıqlar tərtib olunub və əlaqədar təşkilatlara təqdim olunub. Eyni zamanda anomal istilər haqqında əhalini də məlumatlandırırıq”.

U.Tağıyeva dedi ki, qeyd edilən temperatur rejimi ayrı-ayrı illərdə də müşahidə olunub: “Əhali bilməlidir ki, günün aktiv olduğu müddətdə günorta saat 11-dən axşam saat 5-dək günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir. İyulun 2-dən sonra iqlim normal göstəricilərinə qayıdacaq. Onu da bildirim ki, hazırda qeyd edilən temperatur rekord göstərici deyil. Elə illər olub ki, iyun ayında bundan daha yüksək temperatur qeydə alınıb”.  

 

 

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az