200-dən yuxarı bal tal toplayanların sayı artıb

Təhsil Nazirliyi ali məktəblərə qəbul imtahanlarında 200-dən yuxarı nəticə göstərənlərlə bağlı statistikanı açıqlayıb.

Qəbul imtahanlarında 200-dən yuxarı bal toplayan abituriyentlər son beş ildə hər il artmağa  davam edir.

AzEdu.az  xəbər verir ki, 2013-cü ildə 200-dən yuxarı bal toplayanlar  35 % olduğu halda, bu il həmin göstərici 51%-ə qədər, yəni 16 % fərqlə əhəmiyyətli dərəcədə artıb.

Belə ki 2014-2015-ci tədris ilində I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərdən I ixtisas qrupu üzrə  9.798, II ixtisas qrupu üzrə  9.186, III ixtisas qrupu üzrə 10.569,  IV ixtisas qrupu üzrə 2.606 nəfər, ümumilikdə isə 32.159 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 34.7 %-dir.

2015-2016-cı tədris ilində I ixtisas qrupu üzrə  10.798, II ixtisas qrupu üzrə 9.686, III ixtisas qrupu üzrə  10.068, IV ixtisas qrupu üzrə   2.646 nəfər, ümumilikdə isə 33.198 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 40 %-dir. 

2016-2017-ci tədris ilində I ixtisas qrupu üzrə  11.496, II ixtisas qrupu üzrə  10.621, III ixtisas qrupu üzrə 9.535, IV ixtisas qrupu üzrə  2.823 nəfər, ümumilikdə isə 34.475 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 43.9 %-dir.

2017-2018-ci tədris ilində  I ixtisas qrupu üzrə  12.086, II ixtisas qrupu üzrə 10.439, III ixtisas qrupu üzrə 10.181, IV ixtisas qrupu üzrə 3.084, ümumilikdə isə  35.790 şəxs 200 baldan yuxarı nəticə göstərib. Bu il üzrə ümumi keyfiyyət göstəricisi 43.2 %-dir.

Çox oxunan xəbərlər
Son xəbərlər

15.11.2018

14.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az