Emin Ağalarov evləndi FOTO-VİDEO

“Ən qibtə ediləcək bəy evlənir”- statusuna şənbə günü bu sözlər yazılacaq: - Emin evlənir! İndi aydındır ki, bu yaxınlarda xit olan  "Ürəyim yalnız səninlə döyünür " mahnısı hansısa tanış olmayan qadına deyil, məhz Alyona Qavrilovaya həsr olunub. 
 
Mediainfo.az Moderator.az-a istinadən xəbər verir ki, milyarder Araz Ağalarovun oğlu, məşhur müğənni və iş adamı Emin Ağalarov gözəl model Alyona Qavrilova ilə evlənib. Eminin toyu həm də onun layihəsi olan “Jara” mahnı festivalı ilə üst-üstə düşüb. 
 
Toya yalnız seçilmiş dostlar və tanışlar dəvət alıblar.
 
Təntənəli mərasim Ağalarovlar ailəsinə məxsus şəhərkənarı “Agalarov Estate” kompleksində təşkil edilib.
 
Toya Rusiya şou-biznesinin demək olar ki, bütün ulduzları gəlib. Qonaqlar arasında Valeri Meladze, Zara, Vadim Vernik, Denis Klyaver, Yuliya Şarapova və başqaları olublar.
 
2004-ci ilin "Miss  Mordoviya”  titulunu qazanan Alyona Qavrilova ilə Emin Ağalarovun romanı haqqında bir-iki il bundan əvvəl xəbərlər dolaşmışdı. 2017-ci ildə Alyona Eminin "Good Love" mahnısının klipinin qəhrəmanı oldu - beləliklə sevgililər bu gün-iyulun 14-də münasibətlərini rəsmən təsdiqləyib. Eminin 36, Alyonanın 30 yaşı var.
 
Hələ 2012-ci ildə Alyona Eminin “Miss Amerika” mahnısını özünün feysbuk səhifəsində paylaşanda təzəbəy zarafatla: “Sən məni mənimlə tanış olmamışdan əvvəl sevmisən” –deyə zarafat edib.
 
Biznesmen bu yaxınlardakı müsahibələrindən birində demişdi ki, “Qısası, mən tam dəqiqliklə öz xoşbəxtliyimi tapmışam. Biz birlikdə xoşbəxtik”:
 
"Alyona-dost, silahdaş, həyatda etibarlı partnyordur. O məni başa düşür. Əminəm ki, Alyona məni pis vəziyyətdə qoymayacaq və satmayacaq. O hər bir kişinin axtardığı həmin o etibarlı arxadır. Bizə birlikdə çox xoşdur"
 
Qeyd edək ki, Emin Alyonanın ikinci əridir. Alyona əvvəllər milyarder Rüstəm Tariko ilə ciddi əlaqələri olub və ondan bir oğlu var.
 
 
 
 
 
 
Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az