Hacı Zeynalabdin Tağıyevin günümüz üçün də ibrət müraciəti - “Tələbə qeyri-türklə evlənməməlidir”

Hacı Zeynalabdin Tağıyevin XX əsrin əvvəllərində gördüyü işləri, onlarn faydalılq dərəcəsini sadalamala bitməz. Maraqlıdr ki, milyonçu-messenantn ən çox pul ayrdığı, yardm etdiyi sahə də məhz təhsil olub. O, ilk dəfə olaraq, Şərqdə analoqu olmayan Bakı Qızlar Məktəbini tikdirdi. Məktəbə zamanı üçün külli-miqdarda sayılacaq pul məbləği ayırdı. Oradakı qız tələbələr üçün hər cür şəraitin yaradılması da məhz Hacının təşəbbüsü idi. 
 
Bundan əlavə, milyonçu öz şəxsi vəsaiti hesabına xeyli gənci xaricdə oxutdurdu. Həmin gənclər sonradan ölkənin bir çox sahələrində əsas aparıcı qüvvəyə çevrildilər.
 
Tağıyev Nicat Maarifçi Cəmiyyətindən tutmuş, maliyyələşdirdiyi mətbuu orqanlara qədər – hər yerdə ilk növbədə təhsilin güclənməsinin maraqlısı idi.
Mediainfo.az moderator.az-a istinadən Tağıyevin gənc tələbələrə ünvanladığı müraciəti təqdim edir:
 
 
Hacı Zeynəlabdin Tağıyev qəzetlər vasitəsi ilə Qafqaz türklərinə bu məzmunda elan verir: Nə qədər lisey bitirmiş, ali təhsilini almağa maddi imkanı olmayan tələbə varsa, aşağıdakı şərtlərlə ali təhsillərini davam etdirə bilərlər:
 
1.Hər tələbəyə təhsil müddətində 50 manat veriləcək. yay tətillərində Qafqaza gəliş gediş xərcləri ayrıca ödəniləcək;
 
2.Tələbə təhsilini bitirdikdən sonra mütləq vətəninə dönəcək və ölkəsinə xidmət edəcək;
 
3. Tələbə qeyri türklə (oxuduğu ölkədə və ya tələbə yoldaşları ilə) evlənməyəcək.
 
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra ona ödənilən pulları "Xeyriyyə Cəmiyyəti"nə ödəyəcək.
Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az