Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib

Sentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində “15 sentyabr 1918-ci il - Bakının düşmən işğalından azad olunmasının 100 illiyi” mövzusunda konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə gerçəkləşib.

Konfransı giriş sözü ilə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov açaraq bu günün tarixi əhəmiyyətindən danışıb. Bakının işğaldan azad olunmasının xronoloji ardıcıllığına diqqət çəkən natiq deyib ki, bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Vurğulanıb ki, möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib. Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub.

F. Qurbanov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.

Konfrans çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın “Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti”, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun əməkdaşı Elnur Kərimovun “Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzularında məruzələri və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun sözügedən mövzu üzrə çıxışı dinlənilib.

Sonra rejissor Elşən Qəninin ekranlaşdırdığı Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin təqdimatı olub. AzərTac

 

Çox oxunan xəbərlər
Son xəbərlər

14.11.2018

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az